
İtaliyanın "Yuventus" klubu digər A Seriyası təmsilçisi "Fiorentina"nın futbolçusu Nikolas Qonsalesi sonradan almaq şərti ilə icarəyə götürüb.
"AVESTA.AZ" Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündə icarə əsasında oynadıqdan sonra 26 yaşlı argentinalı hücumçu ilə birdəfəlik müqavilə bağlanacaq.
"Yuventus" klubu vinger üçün Florensiya təmsilçisinə 38 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2023/2024 mövsümündə N.Qonsales meydana çıxdığı 44 oyunda 16 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçu Argentina millisində 39 oyun keçirib və 5 qolla yadda qalıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.