29-08-2024, 17:16 787

Qərbin Paşinyan planı - baş nazirə alternativ hazırlanır - ŞƏRH

Ermənistan hökuməti sistemsiz xarici siyasət kursunun, qeyri-müəyyənliyin bədəlini ödəyir. Rusiya ilə yanaşı, Qərb də artıq ondan imtina etməyə başlayıb. Erməni mediasında, siyasi dairələrində artıq baş nazir Nikol Paşinyana alternativ, onun əvəzlənməsi barədə söhbətlər gündəmi tutur. Nikol Paşinyan sürətlə Rusiya orbitindən uzaqlaşıb Qərbə yaxınlaşmaqla ümid edirdi ki, qarşı tərəf onu "investisiya yağışı"na tutacaq və Ermənistan tez bir zamanda Avropa ailəsinə üzv olacaq və s. Lakin bütün bunlar hələ ki baş vermir... Verilən sözlər hamısı vəd olaraq qalır.

İrəvan hakimiyyəti xislətinə uyğun olaraq ikili siyasətini davam etdirir. Rusiya forpostluğunu Qərblə əvəzləməyə çalışsa da, bu istiqamətdə qeyri-ardıcıllığa yol verir. Qərb onun qarşısında daha sərt addımlar atmağı, konkret olaraq Kremllə bağlı qurumları tərk etməyi, ən əsası, Rusiya hərbi bazasının ölkədən çıxarılmasını tələb edir. Lakin hakimiyyət tələsmir. Hələ ki, indiyə kimi KTMT-də fəaliyyətini dondurub. O ki qaldı Avrasiya İqtisadi İttifaqından çıxmağa, İrəvan hakimiyyəti bunu etməyə tələsmir.

Digər tərəfdən, Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxarmaq üçün müxtəlif bəhanələr uydurması da Qərbdə xoş qarşılanmır. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, hər iki tərəfdən “başının sığallamasına” nail olmağa çalışır. Paşinyanın və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki, ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş-baş vəziyyətə salır.

Erməni ekspertlərin səsləndirdiyi fikirlər də söylədiklərimizlə üst-üstə düşür. Məsələn, siyasi ekspert Vigen Akopyan hesab edir ki, Qərb uzun müddətdir ki Paşinyanın yerinə alternativ namizəd axtarır: “Nə vaxtsa onlar Ermənistanın baş nazirinə növbədənkənar seçkilər təşkil etməyi məsləhət görəcəklər və bu seçkilərdə Paşinyanın yerinə namizədlər meydana çıxacaq”. Onun fikrincə, Qərb anlayır ki, Paşinyan hakimiyyəti faktiki olaraq öz tələblərini təmin etmək iqtidarında deyil. “Onlara təkcə danışan bir başçı kimi Paşinyan deyil, məsələn, KTMT-dən çıxmaq lazımdır, nəinki bu barədə bəyanatlar lazımdır”, - deyə o qeyd edib. Akopyan hesab edir ki, "velosiped sürən Ermənistan hökuməti"nin davranışı heç nəyin onlardan asılı olmadığını başa düşdüklərindən xəbər verir.

Həqiqətən də hakimiyyət atdıqları hər addımın həm özlərinin, həm də bütövlükdə ölkənin vəziyyətini daha da pisləşdirə biləcəyini anlayaraq özlərini bütün proseslərdən təcrid etməyə çalışırlar. Sülh gündəmi adlanan plan uğursuzluğa düçar olduqdan sonra başa düşürlər ki, heç kim onlara hakimiyyətin qorunub saxlanmasına və şəxsi təhlükəsizliyinə zəmanət verə bilməz.

Akopyan hesab edir ki, Ermənistan hakimiyyəti Qərb qarşısında xal toplamağa, Rusiyaya cavab verməyə və ona qarşı fəaliyyət göstərmək iqtidarında olacaq.

“Bu, Qərbin onları çətin vəziyyətdə xilas edəcəyi ümidi ilə edilir”, - ekspert bildirib.

Onun sözlərinə görə, Rusiya artıq Paşinyanla maraqlanmır. “Son vaxtlara qədər belə deyildi, çünki Paşinyanın yeritdiyi siyasət Moskvanın Ermənistanın strateji müttəfiqi kimi öhdəliklərini yerinə yetirməməsini, habelə Rusiya Federasiyasının Bakı və Ankara ilə yaxınlaşmasını qanuniləşdirdi. Moskvanı Zəngəzurdan keçəcək dəhlizə nəzarət məsələsi maraqlandırır ki, Ermənistan, heç olmasa, Qərbin nəzarəti altına düşməsin”, - Akopyan fikrini yekunlaşdırıb.

Bu ehtimallar da özünü doğruldur. Baş nazirin ötən gün diplomatik korpusun nümayəndələri ilə görüşü əvvəlkilər kimi qalmaqallı olub. Nikol xarici siyasətdə “qeyri-standart” qərarların anonsunu verib, diplomatlara ciddi çağırışlar, qeyri-standart qərarlar və onların nəticələri barədə xəbərdarlıq edib.

Dilicanda baş tutan görüşdə Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin illik seminarı başlayıb, onun açılışında ölkənin baş naziri Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan və baş nazirin müavinləri iştirak ediblər. Görüşün təfərrüatlarını qeyd edən “Qraparak” qəzeti yazır ki, “Paşinyan əvvəlcə Ermənistanın üzləşəcəyi mümkün geosiyasi dəyişikliklərlə bağlı fikirlərini təqdim etdi, sonra isə yumşaq desək, səfirləri seçim qarşısında qoydu. Açıq şəkildə bildirdi ki, qarşıda çətin mərhələ dayanır: Ermənistan ciddi çağırışlarla üz-üzədir, ona görə də bəzən belə olacaq ki, göstərişlərə qəbul edilmiş siyasətə əməl etməyən sadiq əsgər kimi ərizə yazıb gedə bilər”.

Qəzetin mənbələri istisna etməyiblər ki, yaxın vaxtlarda Paşinyan ya diplomatları dəyişəcək, ya da bəziləri öz istəyi ilə gedəcək. Bir ay əvvəl nəşr Paşinyanın ölkədəki etiraz əhval-ruhiyyəsi fonunda səfirlərin Erməni Apostol kilsəsinin yeparxiyaları ilə əlaqə saxladıqları təqdirdə onları geri çağıracağı ilə hədələdiyini yazıb.

Görünən odur ki, Nikol artıq Rusiya ilə yanaşı, Qərbi də qane etməməyə başlayıb. Sistemsizlik, verdiyi sözün üstündə durmamağın bədəlini çəkməli idi və çəkir də. Çıxış yolu da var. Bu da nə Rusiya, nə də Qərb boyunduruğu altına girməkdir. Bu yol qonşularla mehriban münasibətlərin qurulması, revanşizmə deyil, sülh prosesinə dəstək verməkdir. Əks halda, bir atalar sözündə deyildiyi kimi, “Əli aşından da olacaq, Vəli aşından da”.

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR