30-08-2024, 12:48 488

Fransanın Paralimpiya ayıbı - anti-Azərbaycan isterikası bitmir - ŞƏRH

Fransada anti-Azərbaycan isterika bitib-tükənmir. Emmanuel Makron hökuməti bir daha nümayiş etdirdi ki, onun üçün heç bir dəyər, əxlaq məsələsi qalmayıb. Yay Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiya Oyunlarının açılış mərasimində də təşkilatçılar qərəz və mənəvi yoxsulluqlarını nümayiş etdiriblər. Onlar paralimpiadanın açılış mərasiminin salamlama mərhələsində xalça üzərində hərəkət edən azərbaycanlı idmançıların, hətta ölkənin adını belə çəkməyi özlərinə layiq bilməyiblər. Erməni lobbisindən "yemlənən" fransızlar bununla da fiziki qüsurlu idmançılara qarşı ayrı-seçkiliyə yol veriblər.

Olimpiya Oyunları tarixən təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını təbliğ edir. Lakin Makron hökuməti növbəti dəfə sübut etdi ki, Fransa bütün bu xüsusiyyətlərdən məhrumdur və ya bunları icra etməyə qadir deyil.

İrqçilik, milli, dini və ya cinsi ayrı-seçkiliyin hər hansı forması qadağandır. “Paris 2024” olimpiadasının məqsədi də bu olmalı idi. Amma həm Olimpiya Oyunlarının açılış mərasimi, həm də dünənki biabırçılıq göstərdi ki, tədbirin keçirildiyi ölkə bu sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə prinsiplərindən uzaqdır.

Yerli telekanallarla nümayiş etdirilən sonuncu kadrlar prosesin arxasında siyasi isteblişmentin durduğunu təsdiq edib. Qeyd edək ki, bundan əvvəl Yay Olimpiya Oyunlarının açılışı zamanı şərhçilər Azərbaycanın ünvanına hədyanlar yağdırıb, idman yarışmasına siyasi don geyindirmişdilər. Eyni zamanda, qorxaqlara xas xüsusiyyətlə təhqiredici ittihamlarla çıxış etmişdilər. Bu cür münasibət prinsipcə qəbuledilməzdir, xüsusən də Paralimpiya Oyunları kontekstində. Burada milli mənsubiyyətindən asılı olmayaraq hər bir idmançı öz mətanətinə və idmana sadiqliyinə görə tanınmağa layiqdir və təkcə etik standartların pozulması deyil, həm də təhqirdir. Axı bu Paralimpiya Oyunlarıdır! Onun bütün iştirakçıları məhdud imkanlara malik əsl qəhrəmanlardır! Fransızların etdikləri isə sadəcə olaraq iyrəncdir!

Bu dəfə nümayiş olunanlar Fransa siyasi isteblişmentinin mənəviyyatsızlığını, bütün mənəvi dəyərlərdən məhrum olduğunu göstərir.

Sual olunur, Azərbaycana qarşı belə münasibətin səbəbi nədir? Nifrətin və kinin həddi o həddə çatıb ki, heç bir dəyər belə diqqətə alınmır. Aydındır ki, Parisin bu ehtiyatsız və tamamilə anlaşılmaz siyasətinin önündə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Fransa kolonializminə qarşı mübarizəsi və müstəqil siyasəti dayanır.

İki ölkə arasında gərginliyin təşəbbüskarı da Fransadır. Azərbaycan tarixən Fransa ilə dostluq və ikitərəfli münasibətləri genişləndirmək xətti götürüb. Bu ölkə hətta keçmiş Qarabağ münaqişəsinin nizamlanmasını həyata keçirən ATƏT-in artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədr dövləti olub. Lakin Qarabağ zəfərindən sonra rəsmi Paris birtərəfli qaydada Ermənistanın tərəfində dayanır, onu “fransızların ürəyinə yaxın ölkə” adlandırır və əzabkeş ölkə kimi təqdim etməyə çalışır.

O ki qaldı prezident Emmanuel Makrona, Fransa lideri son addımla ənənəsinə sadiq qaldığını sübut etdi. Sanki prezident və komandası əlindən gələni etdi ki, XXXIII Yay Olimpiya Oyunları dünya tarixinə rəzalət oyunları kimi düşsün. Fransızlar ənənələrinə sadiq qalaraq mötəbər idman yarışına siyasət qatmaqdan çəkinmədilər.

Hakimiyyətin biabırçılığı tək bununla kifayətlənmir. Yarışlar göstərdi ki, hakimiyyət oyunların təşkilində fiasko yaşadı. Miqrantlar və evsizlər şəhərdən qovulsa belə biabırçılıqlar bitib-tükənmədi. İdmançılar qidadan tutmuş bütün təşkilati işləri sərt tənqid etdilər. Məsələn, Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya Kəndində ərzaq qıtlığı ilə üzləşdiklərini açıq bildirdilər. Fransanın “L'Equipe” qəzetinin məlumatına görə, səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda məhdud sayda ərzaq olub. Almaniyanın otüstü xokkey komandasının üzvləri hesab edirlər ki, Parisdəki Olimpiya Kəndində idmançılar üçün şərait çox arzuolunmazdır. Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış vandallar Fransanın yüksək sürətli dəmir yolu şəbəkəsinə hücum etdilər. Nəticədə yüzminlərlə yerli sakin və Parisə gələn qonaqlar çətin vəziyyətdə qaldılar.

Kuriozlar sırasında Cənubi Koreya idmançılarının səhvən Şimali Koreya kimi təqdim edilməsi də olub. Cənubi Koreyanın İdman Nazirliyi bununla bağlı “hökumət səviyyəsində Fransaya ciddi şikayət” verib.

Qonaqların əsas problemindən birinin də nəqliyyatla bağlı olduğu bildirilir. Hava limanlarından xüsusi transferlər olmayıb, metronun bir çox stansiyasında eskalatorlar işləməyib. Olimpiada zamanı 15 milyon turisti qəbul edən Parisdə sürücü çatışmazlığı, metro və qatarlarda gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb.

Hələ olimpiada başlamazdan əvvəl ekspertlər Fransa hakimiyyətinin bu irimiqyaslı tədbirə hazırlığına şübhə ilə yanaşırdılar. Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi. Fransanın olimpiya biabırçılığı özünü bütün "şöhrəti" ilə büruzə verdi və Ermənistana məhəbbət belə Parisi qazandığı bu "şöhrət"dən xilas edə bilməyəcək.

Beləliklə, Azərbaycanın maraqlarına qarşı absurd sarkazmı işə salan Paralimpiya Oyunlarının təşkilatçıları əndazələri aşdılar və mənəvi-əxlaqi keyfiyyətlərinin tamamilə tükəndiyini sübut etdilər.

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR