
Türkiyənin Əskişəhər şəhərində polis əməkdaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 14 nəfər yaralanıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, olay Afyonkarahisar – Əskişəhər magistralında baş verib. Belə ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq maneəyə çırpılıb.
Qeyd olunub ki, yaralılar Əskişəhər Osmanqazi Universiteti Xəstəxanasına çatdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.