
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatında növbəti görüşünü keçirib.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/4 finalda Gürcüstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal Qələndərza (73 kq) Kote Kapanadzeyə, Kənan Nəsibov (+90 kq) İrakli Demetraşviliyə, Aytac Qardaşxanlı (70 kq) Eter Askilaşviliyə, Nərmin Əmirli (70 kq) isə Nino Qulbaniyə yenilib. Yalnız Vüqar Talıbov (90 kq) Giorgi Jabniaşvilini məğlub edə bilib.
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.
"AVESTA.AZ"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.
57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.