
Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.