11-09-2024, 16:41 1157

Keçmiş müstəmləkələrdən Parisə

Artıq bir neçə ildir ki, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri neokolonializmə qarşı mübarizədir. 2023-cü ildə bu məqsədlə Bakı Təşəbbüs Qrupunun yaradılmasından sonra bu istiqamətdə yeni mərhələ başlayıb. Rəsmi Bakının Fransanın müxtəlif regionlarda, o cümlədən Afrikada davam etdirdiyi müstəmləkəçilik siyasətini ifşa etməsi artıq öz bəhrəsini verir. Görünən odur ki, Paris də narahat olmağa başlayıb.

Belə ki, bu yaxınlarda Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanat yaymışdı.

Bu günlərdə Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib. Sənəddə Fransanın baş nazirinin hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqlarının heç kəsi çaşdırmadığı bildirilib:

"Hökumətin növbəti addımı, şübhəsiz ki, "Fransa vətəndaşlarına" sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar "insan hüquqları" və "insan və malların sərbəst hərəkəti" ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır".

Bəyanatda qeyd olunub ki, Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır: "Bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin "insan hüquqları ölkəsi" (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını, bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanakinin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir".

Qeyd edək ki, bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Ümumiyyətlə, rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığı tamamilə absurddur. Daha əvvəl rəsmi Bakının da bildirdiyi kimi, Azərbaycanda bir neçə fransız konkret cinayətlərə görə həbs olunub. Amma Azərbaycanda qarşı tərəfin iddia etdiyi kimi, fransalılara qarşı heç bir təqib yoxdur.

Fransanın bu absurd xəbərdarlığının arxasında hansı məqsədin dayandığı məlumdur: Fransa başa düşür ki, Azərbaycan onun iç üzünü açır, ifşa edir. Bu, rəsmi Parisin dünyadakı nüfuzuna təsir edir. Ona görə Yelisey sarayı belə yollarla bir növ “əvəz çıxmaq” istəyir. Oxşar cəhdlərin gələcəkdə də davam etməsi mümkündür.

Proseslərin hazırkı mərhələyə çatmasının əsas səbəbi məhz Fransadakı Emmanuel Makron hökumətinin Cənubi Qafqaz və Azərbaycanla bağlı qərəzli mövqeyidir. Belə ki, rəsmi Paris İkinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakının regionda yaratdığı yeni reallıqları qəbul etmək istəmir. Çünki bu reallıqlar üçüncü güclərin bölgəyə müdaxiləsinin qarşısını alır. Bu isə Fransaya sərf etmir. Odur ki, Fransa özünün bölgə ilə bağlı maraqlarını təmin etmək məqsədilə Ermənistandan istifadə edir. Ermənistanın sürətlə silahlandırılması, verilən qərəzli bəyanatlar məhz buna hesablanıb. Görünən odur ki, elədiklərinin nəticə vermədiyini anlayan Paris artıq yeni varianta - Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Fransa Koloniyalarının Azadlıq Cəbhəsinin yaydığı bəyanata gəldikdə isə deməliyik ki, bu, ilk növbədə, göstərir ki, Fransa müstəmləkəsindən əziyyət çəkən şəxslər artıq Azərbaycana inanır, etibar edirlər. Onlar, bəlkə də, neokolonializmə qarşı mübarizədə rəsmi Bakıya ümid yeri kimi baxırlar. Bu, çox ciddi məsələdir.

Əlbəttə, Azərbaycan otuz il işğaldan əziyyət çəkən dövlət kimi həmişə haqqı tapdanan tərəfindədir. Bu mənada, Azərbaycanın kolonializmə qarşı mübarizə aparması tamamilə təbiidir.

Ehtimal etmək olar ki, Fransanın sözügedən absurd xəbərdarlığının bir məqsədi də sadə fransızların, kolonializmə qarşı mübarizə məqsədilə Bakıda keçiriləcək növbəti tədbirlərdə iştirakçı fəallığına təsir etməkdir. Amma bu addımların Paris üçün müsbət nəticə verəcəyi ağlabatan görünmür. Əksinə, Fransanın Azərbaycana qarşı aqressiv, qərəzli bəyanatlarının nəticəsində Makron hakimiyyətinə qarşı nifrət daha da güclənə bilər. Bu isə öz növbəsində onsuz da getdikcə zəifləyən Makron hökumətinə təsir edəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR