19-09-2024, 21:21 500

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Sentyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki ərazidə ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, “IDEA” könüllülərinin iştirakı ilə baş tutan budəfəki aksiya ümumi sahəsi 7 hektar olan yaşıllıq zonasının bir hissəsində təşkil olunub. Aksiya zamanı 200 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” qaynar xətti və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.

Paylaş

Xəbər lenti

Lalə Azərtaşdan Londonda oxuyan qızları ilə bağlı paylaşım Bu gün, 11:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı - ŞÜBHƏLİ SAXLANILDI Bu gün, 11:48 "Formula 1"ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib Bu gün, 11:48 Mbappe Dembele ilə münasibətlərindən danışdı: "Heç bir problem yoxdur" Bu gün, 11:48 Bakıda tozlu hava neçə gün davam edəcək? Bu gün, 11:48 Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb? Bu gün, 11:48 Aygün Kazımovanın məktəb illərinə aid fotoları yayıldı Bu gün, 11:48 Nazilə Səfərli: "Evimdən 15 000 dollarlıq qızılım yoxa çıxdı" Bu gün, 11:48 3-cü kurs tələbəsi əməliyyatda öldü Bu gün, 10:48 Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ Bu gün, 10:48 Pavloqradın azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub Bu gün, 10:48 Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil" Bu gün, 10:48 6 hava limanında uçuşlar təxirə salındı - Minlərlə sərnişin hava limanında qaldı Bu gün, 10:48 Bakıda bağça bağlandı - Valideynlərə sabah "uşaqları gətirməyin" deyildi Bu gün, 10:48 Türkiyədə məktəbə silahlı hücumda 1 ölü, 4 yaralı Bu gün, 10:48 Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb Bu gün, 10:48 "Formula-1"ə görə Bakı Bulvarının bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır Bu gün, 10:48 21 yaşında şəhadətə ucalan qəhrəman: "Qürur duyuram ki, Kənan kimi oğulun anasıyam" Bu gün, 09:48 Ukraynada fədakarlıq göstərən azərbaycanlılar: Biri Ali Radanın medalını aldı, digəri ölümdən döndü Bu gün, 09:48 Qaradağda yük avtomobilləri toqquşdu, sürücü belə xilas edildi Bu gün, 09:48 Qərbi Azərbaycan İcmasında Alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb Bu gün, 09:48 "Barselona"nın sabiq baş məşqçisi: Hakimlər tarixən "Real"a daha çox rəğbət göstərib Bu gün, 09:48 Bakıda mənzildə bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib Bu gün, 09:48 "Azeri Light" nefti 4,5% ucuzlaşıb Bu gün, 09:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 Maştağada fərdi yaşayış evində PARTLAYIŞ: İki nəfər yaralanıb Bu gün, 08:48 Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 08:48 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır? Bu gün, 08:48 Bakının üç rayonunda işıq olmayacaq Bu gün, 08:48 İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən GÖRÜNTÜLƏR Bu gün, 08:48 "İstədiyim qədər pul versələr də, buna "yox" demərəm" Bu gün, 08:48 Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib Bu gün, 00:48 Serdar Ortaç vəsiyyətini açıqladı Bu gün, 00:48 İran aviaşirkətləri ilə bağlı gərgin açıqlama: ABŞ nə planlaşdırır? Dünən, 23:48 "Formula-1"lə bağlı mühüm dəyişikliklər Dünən, 23:48 Ekspert: "Vahid məktəbli forması şagirdləri bullinq və ayrı-seçkilikdən xilas edir" Dünən, 23:48 Tehranda Fransa səfirliyi ilə əlaqəli müəssisənin bağlanma səbəbi açıqlanıb Dünən, 23:48 Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi Dünən, 22:48 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI Dünən, 22:48 Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü Dünən, 22:48 "Racing Bulls" komandası "Formula 1"in Bakı mərhələsi üçün qeyri-adi poster nümayiş etdirib Dünən, 21:48 Ermənilərin Xudavəngdən apardığı freska və xaçdaşlar barədə məlumatlar İnterpolun bazasına daxil edilib Dünən, 21:48 Aslan Kərimov: "Sabah"ın "Slaviya"nı rahat məğlub edəcəyini düşünmək olmaz Dünən, 21:48 Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb Dünən, 21:48 Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib Dünən, 21:48 Azərbaycan cüdoçuları Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər Dünən, 20:48 Azərbaycanın dövlət büdcəsinin təsnifatı 2028-ci ildən yeni qaydada tətbiq olunacaq Dünən, 20:48 Bakıda bu rayonda 52 qəzalı bina SÖKÜLƏCƏK Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR