21-09-2024, 19:32 447

Bayden administrasiyası ABŞ-Azərbaycan münasibətlərini bərpası mümkün olmayan çöküşə aparır - TƏHLİL

ABŞ Konqresində Azərbaycanın Qarabağa “təcavüzü” ilə bağlı aktın müzakirəyə çıxarılması (“Artsax Gəlirlərinin Bərpası Aktı"-red.) Qərbin Ermənistandan istiafadə etməklə bölgədə gərginlik ssenarisinin tərkib hissəsidir.

"Report"un məlumatına görə, Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff çıxışında iddia edib ki, Azərbaycanın “Artsax” xalqına qarşı davamlı hərəkətləri humanitar fəlakət yaradıb və etnik təmizləməyə bərabər olub. O, “ədalətin təmin olunmasının zəruriliyindən” dəm vurub.

Şiffin tələbləri sırasında "Artsax Gəlirlərinin Bərpası Fondu”nun yaradılması da var. Tələbə əsasən bu Fond Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın “hərbi hücumu” nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş “Artsaxdan” didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Həmçinin “köçkün ermənilər”in Fonddan təzminat almaq üçün müraciət etməsinə imkan verən sadələşdirilmiş prosesin yaradılmasına çağırış olunur.

Bununla yanaşı, ABŞ-dəki şəxsi aktivləri ələ keçirmək və “artsaxa hərbi hücumda iştirak etmiş və ya dəstək vermiş yüksək rütbəli Azərbaycan nümayəndələrinə və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətlərinin tətbiqi” də tələblər sırasındadır.

Qeyd edək ki, 2024-cü il “Artsax Gəlirlərinin Bərpası Aktı” konqressmenlər Frank Pallone (D-NJ), Anna Eshoo (D-Calif.), Gabe Amo (D-RI), Joyce Beatty (D-OH), Cim Costa (D-Calif), Josh Gottheimer (D-NJ), Doug LaMalfa (R-Calif.), Seth Magaziner (D-R.I.), James McGovern (D-Mass.), Grace Meng (D-NY), Kevin Mullin (D-NY), Kaliforniya), Qreys Napolitano (D-Kaliforniya), Eleanor Holms Norton (D-Calif.), Jan Schakovski (D-Calif.), Linda Sanchez (D-Calif.), Brad Sherman (D-Calif.), Dina Titus (D-Nev.) və Lori Trahan (D-Mass.) tərəfindən dəstəklənir.

Aydın məsələdir ki, Adam Şiff təkbaşına hərəkət etmir. Bu, ABŞ-nin Azərbaycana qarşı növbəti təxribatıdır. Şiff kimi insanlar üçün Bayden administrasiyası konkret olaraq anti-Azərbaycan hərəkətləri üçün şərait yaradır. Bayden administrasiyası ABŞ və Azərbaycan arasında münasibətləri fəlakətə doğru aparır.

“Qarabağ ermənilərinin xeyrinə” Azərbaycandan dövlət vəsaitlərinin ələ keçirilməsini nəzərdə tutan Şiffin qanunvericilik təşəbbüsü oğurluq və fırıldaqçılıq nümunəsidir.

Azərbaycana qarşı oxşar təxribatlar digər beynəlxalq qurum və təşkilatlarda da davam edir. Məsələn, Azərbaycan Asiya İnkişaf Bankına kredit üçün müraciət etsə də, ABŞ-nin səyi ilə bu proses dayandırıldı.

ABŞ Azərbaycana qarşı ikiüzlü və ədalətsiz sanksiya rejiminin nümunəsi sayılan qarşı 907-ci düzəlişi yenidən tətbiq etdi.

ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirir, bu ölkəyə birbaşa və öz peykləri və müttəfiqlərinin köməyi ilə silah verir. 5 aprel 2024-cü ildə ABŞ və onun müttəfiqləri Ermənistan üçün yeni “Marşal Planı” yaratdılar.

Bayden administrasiyasının bu addımları, ermənipərəst siyasəti və xüsusilə Şiffin təşəbbüsü ilə ABŞ-Azərbaycan münasibətlərindəki vəziyyəti geri dönüşü olmayan həddə çatdırdı.

ABŞ faktiki olaraq anti-Azərbaycan siyasətinə görə əziyyət çəkən, tabeçiliyində olanların qurbanı olan ikinci Fransaya çevrilir. Vaşinqton başa düşür ki, mümkün sülh istənilən üçüncü qüvvənin regiona müdaxiləsinin qarşısında keçilməz əngəl olacaq. Odur ki, bölgədə gərginliyin yenidən yaranması üçün belə demək mümkünsə, dəridən-qabıqdan çıxır və bundan ötrü regionun ən zəif bəndi olan Ermənistandan istifadə edirlər.

Belə cəhdlər ABŞ və Fransa üçün qismən uğurlu ola bilər. Artıq Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir və sülh danışıqlarından yayınıb revanş barədə düşünür ki, bu da onun üçün açıq-aşkar intihara cəhddir. Anlaşıldığı qədər, İrəvanı təhrik edən ABŞ və Fransanı Ermənistanın taleyi heç bir halda maraqlandırmır.

Məsələ bundan ibarətdir ki, belə cəhdlər Ermənistan üçün yaxşı heç nə vəd etmir. Rəsmi İrəvanı mümkün sülhdən yayındırmaq və revanşa sürükləmək cəhdlərinə hesablanan oxşar addımlar gərginliyin yenidən alovlanmasına yol aça bilər. Ermənistan buna hazırdırmı? Fikrimizcə, yox.

Onu da deməliyik ki, belə addımlar, əslində, bumeranq effekti verir. Məqsədləri bölgədə təsir imkanlarını gücləndirmək olan Qərb dövlətləri regionun ən güclü aktoru olan Azərbaycanla ikitərəfli münasibətləri korlamaqla, özlərinin Cənubi Qafqazda mövcudluq imkanlarını azaldırlar.

Qeyd etmək lazımdır ki, Azərbaycan bu addımı reallaşacağı təqdirdə cavabsız qoymayacaq və bu, ABŞ-nin Cənubi Qafqaz siyasətinin sonu deməkdir. Bundan sonra ABŞ Cənubi Qafqazdan atılacaq və Azərbaycan ABŞ-nin regiondakı bütün nəqliyyat layihələrini, o cümlədən Mərkəzi Asiyaya çıxışını əngəlləyəcək. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə etmək siyasətində qətiyyətlidir və ölkəmizin maraqları və suverenliyini heç vaxt qurban verməyəcək. ABŞ-nin Əfqanıstandakı əməliyyatı zamanı olduğu kimi, gec-tez Vaşinqtonun Azərbaycana yenidən ehtiyacı olacaq. Bununla belə, Bayden administrasiyası öz hərəkətləri ilə ikitərəfli münasibətləri bərpası mümkün olmayan çöküşə aparır.

“Report” analitik qrupu

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR