23-09-2024, 06:10 516

Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır.

"AVESTA.AZ" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.

Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.

Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 (Fizika, Kimya, Mexatronika, Robototexnika, Kompüter və qrafiki dizayn, Kompüter və proqramlaşdırma) laboratoriya yaradılıb.

Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni vaxtda 200 tələbə istifadə edə bilər. Kitabxananın fondunda Azərbaycan, ingilis və rus dillərində 6 mindən çox dərslik və digər ədəbiyyat mövcuddur. Burada tələbələr “Elektron kitabxana” sisteminin geniş imkanlarından faydalana bilərlər.

Hazırda universitetin 160 əməkdaşı var. Onlardan 60 nəfəri akademik heyətin üzvü, 100 nəfəri isə inzibati və texniki heyətin üzvüdür.

Kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilib. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər və müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 20-də Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib, ali məktəbdə yaradılan şəraitlə tanış olub.

Paylaş

Xəbər lenti

Azərbaycan ümumi dövlət xidmətləri xərclərini cüzi azaldır Bu gün, 22:48 Azərbaycan səhiyyə xərclərini 3 % artırır Bu gün, 22:48 Azərbaycan mədəniyyət xərclərini 2 % artırır Bu gün, 22:48 Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir Bu gün, 22:48 Bəhlul yenə əməliyyat olundu - Nə vaxt yaşıl meydana çıxacaq? Bu gün, 21:48 Dırnaq dibindəki qızartı ürək və qaraciyər xəstəliklərindən xəbər verə bilər Bu gün, 21:48 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır Bu gün, 21:48 Azərbaycanda 2027-ci ildə gəlir üzrə siyasətin əsas istiqamətləri açıqlanıb Bu gün, 21:48 Azərbaycan sosial müdafiə və sosial təminat xərclərini 1 % artırır Bu gün, 21:48 Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır Bu gün, 21:48 AZAL sərnişin müraciətlərinin emalını süni intellektlə sürətləndirəcək Bu gün, 20:48 Əli Nağıyev Qazaxıstana səfər edib Bu gün, 20:48 BƏƏ-dən Azərbaycana pul köçürmələri 25 %-dən çox artıb Bu gün, 20:48 2027-ci ildə ABŞ dolları neçə manat olacaq? - RƏSMİ AÇIQLAMA Bu gün, 20:48 Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb Bu gün, 19:48 Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə artırılır Bu gün, 19:48 Bakıda ötən gün avtobuslarla 2 milyondan çox sərnişin daşınıb Bu gün, 19:48 Moskva və Bakı münasibətləri müzakirə edildi Bu gün, 19:48 Bakıdakı ŞOK QİYMƏTLƏR: 1.5 milyona mənzil, 7 min manatlıq kirayə ev... Bu gün, 18:48 100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda Bu gün, 18:48 İnfarkt, insult yarada bilən "arıqlama" məhsulları aşkarlandı: XƏBƏRDARLIQ Bu gün, 18:48 AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib Bu gün, 18:48 Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq Bu gün, 18:48 Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 18:48 Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kayanın diplomatik fəaliyyət müddəti başa çatıb Bu gün, 18:48 SOCAR "Baleine" layihəsi üzrə 10 %-lik pay əldə olunmasını başa çatdırıb Bu gün, 17:48 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər Bu gün, 17:48 Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu Bu gün, 17:48 Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib Bu gün, 17:48 Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar Bu gün, 17:48 AZAL Astanada regional biznes sammitlərinə qatılıb Bu gün, 17:48 Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı Bu gün, 17:48 Şəhidin 1 yaşlı nəvəsi qızdırmadan öldü Bu gün, 17:48 Müntəzəm kitab oxumaq Alzheimer riskini 33%-dək azalda bilər Bu gün, 17:48 Badamdarda yaşayış binasında partlayışda xəsarət alan şəxsin vəziyyəti ağırdır Bu gün, 17:48 Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib? Bu gün, 17:48 Birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayılan qızla oğlan polisə çağırıldılar Bu gün, 16:48 Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 16:48 Ramiz Mehdiyevin işində onlar da dindirilib - Yeni adlar Bu gün, 16:48 Məktəbdə parta daşıyan şagirdlərlə bağlı AÇIQLAMA Bu gün, 16:48 Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 16:48 Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır Bu gün, 16:48 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ Bu gün, 16:48 "Neftçi" Azərbaycan çempionatlarında 1000-ci oyununa çıxacaq Bu gün, 16:48 Bolt for Business Baku ID 2026-nın dəstək tərəfdaşıdır Bu gün, 16:48 Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib Bu gün, 16:48 Müğənni Nyu-York Moda Həftəsində ön sıradakı yerə görə hücuma məruz qalıb Bu gün, 16:48 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR