
Azərbaycandan Türkiyəyə plastik məmulatlar aparan avtomobildə psixotrop maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Naxçıvandan tranzit keçməklə Türkiyəyə plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsində gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.