
Estoniya Ukrayna ərazisində keçirilən "referendum"un nəticələrini heç vaxt tanımayacaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaja Kallas öz tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, "referendum"ların əks effekti olacaq.
“Bu cür hərəkətlər əks nəticə verəcək və Ukraynaya dəstəyimizi artıracaq. Daha çox hərbi yardım, daha çox sanksiyalar”, - Kallas bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.