
"Sentyabrın 23-dən bəri 676 760 sərnişin "Avtovağzal" və "Xocəsən" stansiyalarından ödənişsiz istifadə edib".
AVESTA.AZ xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin "Facebook" səhifəsində qeyd edilib.
Belə ki, təkcə oktyabr ayında isə ümumilikdə 556 424 sərnişin "Avtovağzal" və "Xocəsən" stansiyalarından ödənişsiz istifadə edib.
Qeyd edək ki, sentyabrın 23-dən etibarən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.