29-09-2024, 14:38 445

Kamran Əliyev özbəkistanlı həmkarını Bakıda Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurluğun Mətbuat Xidmətindən “AVESTA.AZ”a bildirilib ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev Özbəkistanın Baş prokurorunun müavini Şerzod Tuxtaboyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Çıxış edən Kamran Əliyev tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığını, xalqlarımızın rifahına xidmət göstərdiyini xüsusi olaraq vurğulayıb.

Vurğulanıb ki, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin tikilib istifadəyə verilməsi, Qarabağın yenidən qurulmasında yaxından iştirakı xalqlarımız arasında olan qardaşlıq münasibətlərinin əyani sübutudur.

Ölkələrimizin beynəlxalq arenada da, fəal şəkildə qarşılıqlı fəaliyyət göstərdiyi və nüfuzlu təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), MDB və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Baş prokuror müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağının ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətindən danışan Baş prokuror, hər iki beynəlxalq tədbirin ölkələrarası münasibətlərin hərtərəfli inkşafı üçün əlverişli platforma olduğunu qeyd edib.

Daha sonra Baş prokuror Kamran Əliyev Özbəkistan Respublikasının Baş prokuroru Niqmatulla Yuldoşevi 15 noyabr tarixində Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi tərəfindən Bakıda təşkil olunacaq “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi” mövzusundakı Yüksək Səviyyəli plenar sessiyaya dəvət edib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Özbəkistan Respublikasının Baş prokurorunun müavini, iki ölkənin prokurorluq orqanları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, əlaqələrin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb və 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Görüşdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov da iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş

Xəbər lenti

Bakıda ağır avtoqəza - Ölən var Bu gün, 10:48 Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı Bu gün, 10:48 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var Bu gün, 10:48 "Embawood"dan müştərisinə absurd cavab: "Güzgünüz istehsal prosesindədir" Bu gün, 10:48 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama Bu gün, 10:48 Gürcüstan Azərbaycana yeni səfir təyin edib Bu gün, 10:48 Bakıda 10 istiqamətdə tıxac yaranıb Bu gün, 09:48 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib Bu gün, 09:48 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür Bu gün, 09:48 Bakıda tarixi-dini abidələrin qorunması mövzusunda konfrans keçiriləcək Bu gün, 09:48 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var Bu gün, 09:48 Hakan Fidan TÜRKPA Baş katibini qəbul edib Bu gün, 09:48 Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" Bu gün, 00:48 Bu bürcdən olan xanımlar daha çox qeybət etməyə meylli olur Bu gün, 00:48 Paytaxtın iki rayonunda su olmayacaq Dünən, 23:48 Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib Dünən, 23:48 Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb Dünən, 23:48 Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək Dünən, 23:48 Yəmən ordusu husilərin mövqelərinə hücumu gücləndirib Dünən, 23:48 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi Dünən, 22:48 Parisin keçmiş meri İdalqo uşaqlara qarşı zorakılığa görə şəxsi məsuliyyətini qəbul etməyib Dünən, 22:48 Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb Dünən, 22:48 Sabah bəzi ərazilərində işıq olmayacaq Dünən, 22:48 Diplomatların səfəri Azərbaycanın Qarabağdakı reallıqlarını dünyaya göstərir Dünən, 21:48 Anar Bayramov daha bir xəstəxananın direktorunu işdən çıxardı Dünən, 21:48 Yəmən müharibəsində ən sirli fiqur: General Şəhlayi kimdir? Dünən, 21:48 Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib Dünən, 21:48 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi Dünən, 21:48 Müqəddəs kitabların təhqir edilməsi və qlobal ikili standartlar - "İslamın mahiyyəti sülh və ədalətdir" Dünən, 20:48 Zahid Oruc: "Tarixi irsimizi mənimsəyə bilməzlər" Dünən, 20:48 Dostunun borc verdiyi 500 000 dolları 10 dəqiqədə qumarda itirib Dünən, 20:48 Tarixi həqiqətlər dəyişmir - "Qafqaz Albaniyası birmənalı olaraq Azərbaycanın qədim irsidir" Dünən, 20:48 Politoloq:  "İşğal olunan bütün mədəni sərvətlərimiz də azadlığına qovuşmalıdır" Dünən, 19:48 Avropa Parlamentinin mövqeyi ikili standartların göstəricisidir Dünən, 19:48 Qarabağın Alban irsi: Tarixi faktlar nə deyir? – Politoloqdan mühüm AÇIQLAMA Dünən, 19:48 Politoloq: "Ermənilərin tarixi faktları silmə cəhdləri uğursuzluqla başa çatacaq" Dünən, 19:48 Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Dünən, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Dünən, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Dünən, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Dünən, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Dünən, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Dünən, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Dünən, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Dünən, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Dünən, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Dünən, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR