30-09-2024, 20:47 489

YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar

Sentyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclası açıq elan edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatı qazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

O vurğulayıb ki, Parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren Azərbaycanın bütün ərazilərində keçirildi: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlər və şanlı zəfərlərdən sonra bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası parlamentdə 68 mandat əldə edərək növbəti dəfə inamlı qələbə qazandı. Seçkilərin nəticələri xalqın Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasına sarsılmaz inam və etimadının, birmənalı dəstəyinin növbəti təsdiqi oldu”.

YAP Sədrinin müavini bildirib ki, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında konseptual və proqram xarakterli çıxışı zamanı qazanılan uğurlarla yanaşı, qarşıda dayanan mühüm vəzifələrə də toxundu:

“Xüsusilə, cənab İlham Əliyevin ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir və tövsiyələri Yeni Azərbaycan Partiyasının üzvləri olaraq daha məsuliyyətlə çalışmağımızı zəruri edir. Heç şübhəsiz, milli-strateji hədəflərdən irəli gələn bu vəzifələrin yerinə yetirilməsi yeni mərhələdə Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirəcək. İnanırıq ki, indiyə qədər olduğu kimi, bundan sonra da xalqımızın iradəsi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində ölkəmizə qarşı məkrli planların və təhdidlərin qarşısı qətiyyətlə alınacaq, Azərbaycan mühüm uğurlara imza ataraq bütün strateji hədəflərini inamla reallaşdıracaqdır”.

Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb. İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb. Məsələ haqqında YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri - Azər Badamov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, Bayram Aslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbul olunub.

Sonra iclasda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti”ndə dəyişiklik edilməsi məsələsinə dair təqdimatla çıxış edib, İdarə Heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.

Məsələ ətrafında müzakirələrdən sonra sözügedən sənədə dəyişikliklər təsdiq edilib.

İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizin növbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini və partiyamızın bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Paylaş

Xəbər lenti

"Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR