
İngiltərənin "Liverpul" klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker noyabrda keçiriləcək növbəti beynəlxalq fasiləyə qədər meydana qayıtmayacaq.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, qolkiper Premyer Liqanın VII turunda "Kristal Pelas"la (1:0) oyunda zədələnib.
32 yaşlı qapıçının sağalma prosesi təxminən altı həftə çəkəcək.
Braziliyalı futbolçunun Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, həmçinin Çempionlar Liqasında “Leyptsiq” və “Bayer 04” komandaları ilə oyunları buraxacağı gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.