10-10-2024, 18:32 357

Dünya Bankı Azərbaycanın enerji səmərəliliyinin artırılması nəticəsində əldə edəcəyi gəlirləri açıqlayıb

Azərbaycanda ictimai binalarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi hazırda elektrik enerjisi istehsalı üçün sərf edilən əlavə təbii qaz həcmlərinin ixracı hesabına ölkəyə ildə 509 milyon ABŞ dolları gəlir gətirə bilər.

"Report" xəbər verir ki, bunu Dünya Bankının energetika üzrə baş mütəxəssisi Yasemin Orucu Azərbaycanda enerji səmərəliliyinin artırılması tədbirləri ilə bağlı təqdimatında deyib.

“İctimai binalarda enerji səmərəliliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi hesabına Azərbaycanın elektrik enerjisinə qənaət üçün texniki potensialı istehlakın 50 %-ni təşkil edir ki, bu da enerji təchizatı xərclərinə ildə 154 milyon ABŞ dollarına qədər qənaət etməyə imkan verəcək”, – o bildirib.

Baş mütəxəssis qeyd edib ki, söhbət ümumi sahəsi 40 milyon kvadratmetr olan 45 min ictimai binanın enerji səmərəliliyinin artırılmasından gedir.

“Biz yaşayış sektorunda binaların enerji səmərəliliyinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlamağı və onların əhatə dairəsini tədricən digər sektorlarda da genişləndirməyi təklif edirik. Bizim qiymətləndirmələrimizə görə, ictimai binalarda enerji səmərəliliyi tədbirləri sayəsində illik ümumi enerji istehlakının 0,9 %-dən 3,1 %-nə qədər enerjiyə qənaət etmək mümkün ola bilər. Bu da öz növbəsində ildə əlavə 644 milyon kubmetr təbii qazın (hazırda elektrik enerjisi istehsalı üçün sərf olunur) ixracını və 509 milyon ABŞ dollarına qədər əlavə gəliri təmin edə bilər”, - o bildirib.

Y.Orucu qeyd edib ki, bu tədbirlərin həyata keçirilməsinə pilot layihələrdən başlamaq olar.

“Hökumətin bu istiqamətdə görəcəyi çox işlər var. Ölkədə Enerji Səmərəliliyi Fondunun yaradılmasını tövsiyə edirik. Bundan başqa, enerjiyə qənaət edən avadanlıqların əlçatanlığı məsələsi də həll edilməlidir”, - o əlavə edib.

Baş mütəxəssis onu da qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi (binaların izolyasiyası və səmərəli istilik cihazlarının istifadəsi) 2060-cı ilə qədər xalis sıfır emissiyası ssenarisi çərçivəsində 2050-ci ildə yaşayış sektorunda binaların isidilməsi və soyudulması üçün enerji tələbatını 60 %-dən çox azalda bilər.

Onun sözlərinə görə, 2030-cu ilə qədər yekun tələbin 5 %, 2050-ci ilə qədər isə 15 % azalmasına nail olmaq üçün elektrik enerjisinin bütün son istehlak sektorlarında enerji səmərəliliyinin artırılması siyasəti tətbiq edilməlidir.

Paylaş

Xəbər lenti

Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Bu gün, 10:48 Qəzada ölən 17 yaşlı Yusifin FOTOsu Bu gün, 10:48 "Bakı Marafonu 2026" başlayır Bu gün, 10:48 İranın ABŞ-yə təqdim etdiyi 14 bəndlik təklifin bəzi DETALLARI Bu gün, 10:48 Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək Bu gün, 10:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək Bu gün, 09:48 Tramp təsdiqlədi: Almaniyadan qoşunlar çıxarılır Bu gün, 09:48 Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək Bu gün, 09:48 Kürdə suyun səviyyəsi artdı, İmişlinin üç kəndində torpaqlar su altında qaldı Bu gün, 00:48 Söküntü zamanı bəzi evlərin qiymətləndirilməsi zamanı xüsusi yanaşmanın tətbiqi təklif edilir Bu gün, 00:48 Eldar Rəsulov: WUF13 Festivalı Azərbaycanın digər bölgələrində də təşkil olunacaq Dünən, 23:48 WUF13 Festivalının ictimai proqramına 9 mindən çox iştirakçı qatılıb Dünən, 23:48 ABŞ Kubada hərbi əməliyyat keçirmək imkanını araşdırır Dünən, 23:48 Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib Dünən, 23:48 "OPEC+" iyun ayı üçün neft hasilatı kvotasının artırılmasını razılaşdırıb Dünən, 22:48 Ailəsini amansızlıqla qətlə yetirən Əhməd müalicə aldığı müəssisədən qaçıb? Dünən, 22:48 İran ABŞ ilə sülh planını Pakistana təqdim edib Dünən, 22:48 Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"a qalib gəlib Dünən, 21:48 Səfirlik: Karlonun Ağdam və Füzuliyə səfəri ABŞ-Azərbaycan əməkdaşlığının genişləndiyini təsdiqləyir Dünən, 21:48 Lənkəranda keçirilən WUF13 Festivalı başa çatıb Dünən, 21:48 XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi çaylarda sululuq artacaq Dünən, 20:48 "Airblue" Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır Dünən, 20:48 Yılmaz: Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün əldə olunması çox önəmlidir Dünən, 20:48 Nazir: "Sosial rifahın yüksəldilməsi üzrə mühüm nailiyyətlər əldə olunub" Dünən, 19:48 Qeyri-sabit hava fermerləri çətin vəziyyətə saldı: Meyvə BAHALAŞACAQ? Dünən, 19:48 İran ABŞ-ni ölkə daxilində qeyri-sabitlik yaratmağa çalışmaqda günahlandırıb Dünən, 19:48 "Heydər Əliyev kuboku-2026": Azərbaycanın səkkiz boksçusu turnirə qələbə ilə başlayıb Dünən, 19:48 Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI Dünən, 18:48 Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib Dünən, 18:48 Qidalanma vərdişləri qastrit və xoraya necə təsir edir? Dünən, 18:48 WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur Dünən, 18:48 DİN: Axtarışda olan 200 nəfər saxlanılıb Dünən, 18:48 Azərbaycan və Pakistan arasında həftəlik birbaşa uçuşların ümumi sayı 10-a çatır Dünən, 17:48 "Böyük Dəbilqə": Rəşid Məmmədəliyev bürünc medal qazanıb Dünən, 17:48 Botaqoz Bermuhambetova: "Qazaxıstan təhsil sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirir" Dünən, 17:48 Anasının xəstəliyindən danışan Fatimə ağladı Dünən, 17:48 Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 17:48 Sumqayıt-Pirşağı yolunda qəza: Avtomobil ÇUXURA DÜŞDÜ Dünən, 17:48 Qazaxıstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı son bir ildə iki dəfə artıb Dünən, 17:48 Tovuzda 73 yaşlı kişi faciəli şəkildə öldü Dünən, 17:48 İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək Dünən, 17:48 "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirinin açılış mərasimi keçirilib Dünən, 17:48 Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB Dünən, 16:48 "Formula-1"in sabiq pilotu vəfat etdi Dünən, 16:48 Xəzər rayonunda soyğunçuluq edən şəxs həbs edilib Dünən, 16:48 Sülhə doğru növbəti addım Dünən, 16:48 Azərbaycanda tükürpərdən olay: Qadın ərinin məzarı üzərində öldü Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR