
Oğuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxalqışlaq kənd ərazisində qeydə alınıb.
Belə ki, Ərmənət kənd sakini Əkrəm Hacalıyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən Xalxalqışlaq kənd sakini, 1955-ci il təvəllüdlü Qurban Qurbanovu vurub.
Q.Qurbanov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.