
Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“AVESTA.AZ”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndinin ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şəhriyar kənd sakini, 1970-ci il təvəllüdlü Qasımov Yaşar Şirin oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.