
İranın Kəhnuc şəhərində hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananlar var.
“Report” a istinadən xəbər verir ki, bu barədə ”Haalvsh” xəbər kanalı məlumat yayıb.
Bildirilib ki, Kəhnucda yanacaq daşıyan vətəndaşları təqib edən hərbçilərdən biri avtomobilin aşması nəticəsində ölüb, digər 3 nəfəri isə ağır yaralanıb.
Ölənin Kəhnuc şəhərinin 116-cı Mühafizə Bölməsinin hərbçisi olan Yasin Molayi olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.