
Ermənistanın paytaxtı İrəvanda polisə 74 yaşlı kişinin 9 yaşlı qızı zorlaması barədə məlumat daxil olub.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə “Shamshyan.com” xəbər verib.
Sakinlər 74 yaşlı M.K.-nın azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etdiyini bildiriblər.
Faktla bağlı Malatiya polis idarəsində sənədlər tərtib edilib. Şübhəli şəxs İstintaq Komitəsinin Yerevan Şəhər İstintaq İdarəsinin Malatiya-Sebastiya inzibati regionu üzrə istintaq şöbəsinə təhvil verilib.
Təfərrüatlar açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.