18-10-2024, 13:41 535

Bakıda bəzi yollarda hərəkət yenidən təşkil ediləcək, solda əks istiqamətli xüsusi hərəkət zolağı salınacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlayıb.

“Report” xəbər verir ki, bunu AYNA-nın Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur: "Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır.

Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə "28 May” metrostansiyası ətrafında yaradılacaq HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək".

T. Səfərov əlavə edib ki, şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir: "Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək".

Paylaş

Xəbər lenti

"Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub Bu gün, 16:48 Bakıda bir evin üç ünvanı: Mülk sahibi çıxılmaz durumda Bu gün, 16:48 Britaniya ordusunda genişmiqyaslı təlimlər dayandırıldı: 81 ildən sonra ilk dəfə Bu gün, 16:48 Məktəb bufetlərindəki vəziyyətlə bağlı AQTA-dan AÇIQLAMA Bu gün, 16:48 XƏBƏRDARLIQ - Bu tarixdən leysan yağacaq, şimşək çaxacaq... Bu gün, 16:48 Şimali Kipr sahillərində batan gəmidə itkin düşən 16 nəfərin axtarışı davam edir Bu gün, 16:48 Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti Bu gün, 16:48 M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır - YENİLİK Bu gün, 16:48 S&P: SOCAR-la sövdələşmə "Comstock" şirkəti üçün LNG seqmentində perspektivlər açır Bu gün, 15:48 Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR Bu gün, 15:48 Dərmandan zəhərlənən qadın öldü Bu gün, 15:48 İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Bu gün, 15:48 Nepalda tuneldə 9 gün qalan 2 işçi xilas edildi Bu gün, 15:48 Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır Bu gün, 15:48 İsveçrəyə yeni səfir təyin edilən Vaqif Sadıqov kimdir? - DOSYE Bu gün, 15:48 Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub Bu gün, 15:48 Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik" Bu gün, 15:48 Nərdivandan yıxılan 73 yaşlı kişi öldü Bu gün, 14:48 Biləcəridə yolun hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 14:48 Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək Bu gün, 14:48 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ Bu gün, 14:48 "Gənclik Mall"un qarşısında tıxacın əsl səbəbi Bu gün, 14:48 BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır Bu gün, 14:48 12 yaşlı qızın telefon siqnalı polisə oteli göstərdi: ABŞ hərbçisi saxlanıldı Bu gün, 14:48 Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi Bu gün, 14:48 Renat Dadaşovun yeni klubu məlum oldu Bu gün, 14:48 Bakının bu hissəsində yol hərəkətinin təşkili dəyişir Bu gün, 13:48 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü Bu gün, 13:48 Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq Bu gün, 13:48 Trampın portreti əks olunan 1 dollarlıq sikkə dövriyyəyə buraxılıb Bu gün, 13:48 2027 tarixin ən isti ili ola bilər Bu gün, 13:48 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu Bu gün, 13:48 ABŞ-də keçmiş nazir barədə qalmaqallı hesabat: mühafizəçisi ilə münasibəti araşdırılıb Bu gün, 13:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəştli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 12:48 Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir Bu gün, 12:48 SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib Bu gün, 12:48 Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm" Bu gün, 12:48 Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir Bu gün, 12:48 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub Bu gün, 12:48 MİDA: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir Bu gün, 12:48 Siqaret qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək Bu gün, 12:48 Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar Bu gün, 12:48 Şənbə günü 35 dərəcə isti olacaq Bu gün, 12:48 Daha 2 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 12:48 PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı Bu gün, 11:49 "Mançester Yunayted"in "Sabah"la oyun üçün iştirak ərizəsi açıqlanıb Bu gün, 11:49 Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər Bu gün, 11:49 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR