22-10-2024, 19:30 314

Qərbi Azərbaycan Xronikası: SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

“Report” xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Əməkdar rəssam, Rəssamlar İttifaqının üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

O, Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistan dövlətinin yaradılması, Qafqaz xalqlarının tarixi taleyində Rusiyanın rolu və hayların Qafqaza gəlişi ilə bağlı fikirlərini bölüşüb: “1828-ci ildə ermənilərin Azərbaycana kütləvi şəkildə köçürülməsinə başlandı. Ermənilərin arzusu yad torpaqlar hesabına öz dövlətlərini yaratmaq olub. Rəvan xanlığı Rusiya imperiyasının sayəsində erməni bölgəsinə çevrildi. 1918-ci ilin martında 10 mindən çox azərbaycanlı həlak oldu”.

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin nəvəsi və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri olan R.Rəsulzadə Qazaxıstanda dünyaya göz açdığını, özünün və ailələrinin repressiyalara məruz qaldığını bildirib: “Sovet dövründə repressiyaya məruz qalan ailələr xüsusi düşərgələrə yerləşdirildi. SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi. O vaxt sürgündən qayıtdıqdan sonra gizlicə zirzəmidə yaşadım”.

Onun sözlərinə görə, Rusiyada kapitalizmin inkişafında Bakı şəhərinin böyük rolu olub.

Əməkdar rəssam Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasəti yüksək dəyərləndirib və deyib ki, bu qayıdış nə zamansa mümkün olacaq: “Çünki Vətən sevgisi çox güclü bağlılıqdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Rusiyadan Azərbaycana gətirilən 19 ton yağda uyğunsuzluq aşkarlanıb Bu gün, 17:48 2 100 abonentin qazı kəsiləcək Bu gün, 17:48 ABŞ-nin hərbi aktivliyi artıb: Regionda yeni əməliyyat olacaq? Bu gün, 17:48 Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI Bu gün, 17:48 Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA Bu gün, 17:48 Dövlət Gömrük Komitəsinə yeni səlahiyyət verilib Bu gün, 17:48 Naxçıvanda bir sıra çaylardan sel keçib Bu gün, 17:48 Azercell eSIM-ə keçidi tam rəqəmsallaşdırdı! Bu gün, 17:48 Azərbaycanda bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verilib Bu gün, 17:48 Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb Bu gün, 17:48 Ukraynadan Azərbaycana gətirilən toyuqda BAKTERİYA aşkarlanıb Bu gün, 16:48 "Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu Bu gün, 16:48 Qətər Doha üzərindən xarici aviaşirkətlərin uçuşlarını bərpa edir Bu gün, 16:48 Bakıda ürəyi dayanan kişini xəstəxana həyətində həyata qaytardılar - ANBAAN VİDEO Bu gün, 16:48 Azərbaycanda iki internet provayderi BAĞLANDI Bu gün, 16:48 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi Bu gün, 16:48 Bakının bir hissəsində qaz kəsilib Bu gün, 15:48 Qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb Bu gün, 15:48 100 min bina söküləcək iddiaları təkzib edildi Bu gün, 15:48 Moskvaya qar yağacaq Bu gün, 15:48 Ceyhun Bayramov UNESCAP rəsmisi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib Bu gün, 15:48 TikTok canlı yayımında dəhşət: qadını bıçaqladı Bu gün, 14:48 "Mübarək" şadlıq sarayında yanğın olub Bu gün, 14:48 Sabunçu tunelindəki təhlükəli vəziyyət ARADAN QALDIRILDI Bu gün, 14:48 Ucarda 15 yaşlı qız ana olub, cinayət işi AÇILDI Bu gün, 14:48 Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb Bu gün, 14:48 Abituriyentlər daha çox 1-ci ixtisas qrupuna müraciət edirlər Bu gün, 14:48 Bakıda şagird sinif yoldaşına XƏSARƏT YETİRDİ Bu gün, 14:48 Ötən həftə 1455,4 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq Bu gün, 14:48 "İlin ən yaxşı xəbər kanalı" - "Haber Global" iki mükafat qazandı Bu gün, 13:48 Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi Bu gün, 13:48 Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb Bu gün, 13:48 Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu Bu gün, 13:48 Ceyhun Bayramov BMT tədbirində Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini bildirib Bu gün, 13:48 Bakıda qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxsə ağır cəza istənildi Bu gün, 13:48 Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb Bu gün, 13:48 16 sahibkara "Startap" şəhadətnaməsi verilib Bu gün, 13:48 Polis SÜRÜCÜLƏRƏ müraciət etdi Bu gün, 12:48 "Barselona"nı "Çempionlar Liqasından edən futbolçu indi bu kluba keçmək istəyir Bu gün, 12:48 "Moyka"dan "Range Rover" qaçırıldı Bu gün, 12:48 ABŞ-də UNO tədqiqatçısının müəmmalı ölümü ilə bağlı məlumat yayılıb Bu gün, 12:48 Ələtdə körpə QIZDIRMADAN ÖLÜB Bu gün, 12:48 Yaponiyada 7.4 bal gücündə zəlzələ baş verib - Sunami XƏBƏRDARLIĞI Bu gün, 12:48 Salah "Liverpul"dan ayrılacağını açıqladı Bu gün, 12:48 "İdrak"da güllələnən müəllim həmin şagirdi bağışladı Bu gün, 12:48 "Baku Steel Company" Almaniyada "Tube 2026" sərgisində Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR