
Sidneydən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi ərazi mühasirəyə alınıb”, - məlumatda bildirilib.
Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.