
"Sabah"ın futbolçusu İvan Lepinitsa əməliyyat olunub.
Klubdan "AVESTA.AZ"a verilən məlumata görə, yarımmüdafiəçi Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib.
Əməliyyat uğurla başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.