30-10-2024, 15:19 673

Azərbaycan tütünçülüyü: Yeni standartların zərurəti və bazar perspektivləri

Tütün dünyanın 130-a yaxın ölkəsində istehsal edilsə də, onun ixracında əsas paya 12 dövlət daxildir. Tütün istehsalı ilə məşğul olan aparıcı ölkələr hər il təxminən 7 milyon ton tütün istehsal edir. Onun istehsalı üzrə lider ölkə isə Çindir. Burada orta hesabla illik tütün istehsalı təxminən 2,5 milyon ton təşkil edir. Sıralamada növbəti yerləri Hindistan və Braziliya tutur. Belə ki, Hindistanın tütün istehsalında payı təxminən 10 %, Braziliyada təqribən 8,6 %-dir. Üçüncü yerdə 7 %-lik göstərici ilə ABŞ qərarlaşıb. Doğrudur, son illərdə tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlər tətbiq olunsa da, bu, kənd təsərrüfatının böyük potensiala malik sahələrindən biri hesab edilir.

“Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Rövşən Şərifov “Report”a ölkədə tütünçülük sahəsi ilə bağlı vəziyyət, onun inkişafı yolu barədə danışıb.

Böyük perspektivlər

R.Şərifov qeyd edib ki, Azərbaycanda bu sahənin inkişafı ilə bağlı böyük perspektiv var: “Dünyada ən keyfiyyətli tütünün yetişdiyi üç ölkədən biri Azərbaycandır. Bu məqamda qeyd etmək istərdim ki, Azərbaycanda sovet dönəmində 60 min ton tütün istehsal olunurdu. Hazırda ölkədə cəmi 2 000-3 000 ton tütün istehsal edilir. Odur ki, tütünçülüyün problemini araşdırmaq və bu istiqamətdə məsələləri həll etmək lazımdır”.

O əlavə edib ki, bu sahədə ən böyük problem standartların olmaması ilə bağlıdır: “Yəni buraya torpağa tələbatdan başlayaraq toxum, becərmə, emal, qablaşdırma, logistikaya qədər məsələlər daxildir. Bunlarla bağlı standartlar olmalıdır. Bundan sonra bu sahədə fəaliyyət göstərənlər bu standartlar çərçivəsində məhsul istehsal etməlidirlər. Bu halda biz tütünçülükdə böyük nəticələr əldə edə bilərik. Nəticədə bu, gəlirli sahə kimi iqtisadiyyatımızda yer tuta bilər".

Assosiasiya rəhbəri bildirib ki, hazırda Azərbaycan üçün tütünün ixracında Avropa perspektivli bazardır: "Odur ki, biz Avropanın tələblərinə uyğun olaraq standartlar hazırlamalıyıq. Bizim tərəfimizdən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu standartlarla bağlı layihə hazırlanaraq təqdim olunub. Bizim layihəmiz bəyənilsə də, onun həyata keçirilməsi üçün hələ də konkret addımlar atılmayıb”.

Rövşən Şərifov
Rövşən Şərifov

“Kənddə yaşamaq bu sahəni dərindən bilmək anlamına gəlmir”

R.Şərifov hesab edir ki, tütünün istehsalına ilk növbədə torpaq təsir göstərir: “Azərbaycanda həyata keçirilmiş torpaq islahatı çərçivəsində torpağa, onun xüsusiyyətlərindən xəbəri olmayanlar da sahib oldu. Belə insanlar heç vaxt torpaqdan səmərəli şəkildə istifadə etməyib və istifadə etməyəcək. Kənddə yaşamaq hələ kənd təsərrüfatı sahəsini dərindən bilmək demək deyil. Torpaqların eroziyaya uğramasının əsas səbəbkarlarından biri məhz həmin insanlardır”.

Digər problemlər sırasına, o, toxumu, becərməni və yığım prosesini də əlavə edib: “Ümumiyyətlə, tütün bir dəfəyə yığılmır. Onun yarpaqları aşağıdan yuxarıya doğru yığılır. Onun yetişmə fazasını rəngə görə müəyyən edirik. Yarpaqların gec yığılması keyfiyyətə təsir göstərir. Bundan başqa, yarpaqların qurudulması mühüm əhəmiyyət kəsb edir. Bizə müasir qurutma şkafları gətirilib. Amma həmin şkaflarla bağlı problemlər var. Təxminən 5 il bundan əvvəl Balakəndə yeni qurutma şkafları quraşdırıldı. Lakin bu sahəyə aidiyyəti olmayan, qeyri-peşəkar şəxslərin onunla məşğul olması nəticəsində həmin qurğularda tütün qurudula bilmədi".

Assosiasiya rəhbəri vurğulayıb ki, yığım, qurutma proseslərində sortlaşdırma çox vacib məsələdir: "Beləki əla növ tütünün qiyməti 5 ABŞ dolları, birinci növün qiyməti 4 ABŞ dolları, ikinci növün qiyməti isə 2 ABŞ dolları təşkil edir. Amma bizdə sortlaşdırmanın düzgün getməməsi üzündən alıcı onu aşağı qiymətə alır. Bu da gəlirin aşağı düşməsinə səbəb olur. Odur ki, ilk növbədə müasir tələblərə uyğun olaraq standartlar tərtib edilməlidir. Tütünün keyfiyyətinə, qiymətinə təsir edən amillərdən biri onun xüsusi şəraiti olan anbarlarda saxlanılmasıdır. Bununla bağlı da standartlar olmalıdır. Təəssüf ki, bu gün sadalanan tədbirlərin həyata keçirilməsi üçün dəstək mexanizmi yoxdur”.

Azərbaycan zavodları xarici tütünləri istifadə edir

R.Şərifov bildirib ki, Azərbaycan tütünü əsasən Rusiya və Ukrayna daxil olmaqla MDB ölkələrinə ixrac edir: “Bir neçə il bundan əvvəl azərbaycanlı tütünçü ilk dəfə olaraq Avropaya tütün ixrac etdi. Amma bu zaman məlum olub ki, bu istiqamətdə çətinliklər var. Bu çətinliklər isə əsasən standartlarla bağlıdır. Yəni bizim ölkədə istehsal olunan tütün Avropanın tələblərinə uyğun deyil. Odur ki, qeyd edildiyi kimi, Avropa tələblərinə uyğun olaraq standartlar hazırlamalıyıq. Ümumiyyətlə, Azərbaycan istehsal etdiyi tütünün hamısını ixrac edir. Bu səbəbdən yerli istehsalçılar bizim tütünümüzdən istifadə etmirlər. Azərbaycanda böyük siqaret zavodları xarici brendlər altında fəaliyyət göstərdiklərinə görə tütün qarışıqlarını xaricdən hazır şəkildə tədarük edirlər”.

Onun sözlərinə görə, ölkədə əsasən “Virciniya” sortu tütün istehsal olunur: “Amma Azərbaycanda digər tütün sortlarının yetişdirilməsi üçün şərait var. “Virciniya” sortunun müxtəlif altsortları var. Ölkə təbiəti müxtəlif olduğuna görə Azərbaycanda hansı altsortlarının yetişdirilməsi ilə bağlı standart müəyyən edilməlidir. Tütünçülüyün perspektivlərini nəzərə olaraq bu sahə ilə bağlı ayrıca proqram qəbul edilə, layihə həyata keçirilə bilər”.

Xatırladaq ki, Azərbaycanda tütünçülüyün inkişafına dair 2017–2021-ci illəri əhatə edən Dövlət Proqramı olub. Belə ki, 2015-ci ildə Azərbaycandan tütün ixracı 1 900 ton, 2016-cı ildə 2 217 ton olub. Amma Dövlət Proqramı qəbul edildikdən sonra bu məhsulun ixracında ciddi artım qeydə alınıb. Belə ki, ölkədən 2017-ci ildə 4 566 ton, 2018-ci ildə 4 169 ton, 2019-cu ildə 5 822 ton, 2020-ci ildə 4 672 ton, 2021-ci ildə 5 191 ton 2022-ci ildə isə 6 759 ton tütün ixrac edilib. Amma Dövlət Proqramı başa çatdıqdan sonra bu sahədə yenidən azalma müşahidə olunmağa başladı. 2023-cü ildə Azərbaycandan cəmi 2 861 ton tütün ixrac olunub.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR