31-10-2024, 14:48 387

Makron antirekordunu təzələməyə davam edir - ŞƏRH

Politologiya elmində siyasi elitaya dair müəyyən tələblər var. Bunlardan başlıcası kütləni öz arxasınca aparmağı, vətəndaşları inandırmağı bacarmaq, ölkənin beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət etməkdir. Amma bu gün bəzi ölkə liderləri bunu bacarmırlar. Məsələn, Fransa prezidenti Emmanuel Makron. Onun reytinqi getdikcə azalır.

"Verian-Epoka" şirkətinin "Figaro Magazine" nəşri üçün apardığı araşdırmada göstərilib ki, E.Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.

Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir.

“Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, - araşdırmada bildirilir. Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır.

Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb.

Məsələ ondan ibarətdir ki, Fransanın daxili və xarici siyasəti heç də qənaətbəxş səviyyədə deyil. Ölkənin xarici siyasət kursunun əsas istiqamətini müstəmləkəçilik təşkil edir. Yelisey sarayı özünü orta əsr dövlətləri kimi aparır, güc siyasətini tətbiq edərək kolonialist meyillərini gücləndirir. Bu isə bugünkü dünya üçün keçərli deyil.

Müşahidə və təhlillər onu deməyə əsas verir ki, rəsmi Parisin müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazdakı siyasəti tamamilə destruktiv mahiyyət daşıyır, heç bir halda sülhə töhfə vermir. Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə bölgəyə müdaxilə etmək siyasətini digər regionlarda da davam etdirir. Bu isə bumeranq effekti verir. Çünki E.Makron ölkənin daxili işləri ilə məşğul olmur. Dövlət büdcəsini fərqli ölkələrin silahlandırılmasına ayırır. Əlbəttə, yerli xalq bunu anlayır və başa düşür ki, E.Makronla yola davam etmək olmaz.

Daxili siyasətə gəldikdə isə bildirməliyik ki, demokratiya pərdəsi altında fərqli dövlətlərə dərs keçmək niyyətində olan Fransanın özündə insan hüquq və azadlıqları aşkar şəkildə pozulur. İrqi, dini ayrı-seçkilik faktlarının, həmçinin polis zorakılıqlarının sayı-hesabı yoxdur.

Müxtəlif beynəlxalq hesabatlar da Fransa daxilindəki vəziyyətin acınacaqlı olduğunu göstərir. Belə ki, ölkədə miqrantların və cinsi azlıqların hüquqları məhdudlaşdırılır. Bu hesabatlara əsasən, Fransa irqi ayrı-seçkilik sistemli ölkə olaraq qalır.

Maraqlıdır ki, ölkədəki durumun qeyr-sabit olduğunu Fransanın rəsmi dairələri də etiraf edir. Belə ki, Daxili İşlər Nazirliyinin 2023-cü ilin martında dərc etdiyi hesabatda göstərilib ki, 2022-ci ildə 12,6 min cinayət qeydə alınıb. Onların 6,6 mini dini, irqi və etnik zəmindədir. Araşdırmalar göstərir ki, Fransada cinayətlərin əksəriyyəti dini zəmində törədilib.

Həmçinin, qeyd edilib ki, Fransa cəmiyyətinin ciddi problemlərindən biri də antisemitizmdir. İslamofobik meyillər də getdikcə güclənir. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təkcə 2022-ci ildə 188 islamofob hərəkət qeydə alınıb.

Son illərdə fiziki hücumların sayı isə 36% artıb. Ancaq cəmi 24% hallarda qanunu pozan şəxslər məsuliyyətə cəlb edilib.

Bu, həm də Fransa hakimiyyətinin öz cəmiyyətinə etinasızlığını göstərir.

Maraqlıdır ki, bütün bunlar Makronun hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, o, 2017-ci ildə hakimiyyətə gəlib. Elə bundan sonra da həm ölkə daxilində, həm də xarici siyasətdə ciddi fiaskolar müşahidə olunur. Bunun ən bariz nümunələrindən biri də odur ki, 2019-cu ildə ölkədə 200-ə qədər jurnalistə qarşı müxtəlif ayrı-seçkilik halları, həmçinin fiziki zorakılıq tətbiq olunur. Bu məsələni əslində xüsusi qeyd etmək lazımdır. Belə ki, azad media bütün dünyada demokratiyanın əsas xüsusiyyətlərindən biri kimi təqdim olunur. Yelisey sarayı isə sözdə demokratiyanı müdafiə etdiyini desə də, əməldə bunu göstərmir, əksinə, demokratik meyillərə qarşı çıxır. Ölkədə hüquq-müdafiəçilərinə qarşı zorakılıq və təzyiq halları da ciddi narahatlıq doğurur.

Bütün bunların məntiqi nəticəsi olaraq ölkədə aksiyalar ara vermir. Əksinə, hakimiyyətə qarşı etirazlar tədricən güclənir.

Ümumiyyətlə, Fransanın hazırkı siyasi kursu, yəni hegemonluq cəhdi müasir beynəlxalq münasibətlər sistemində qəbuledilməzdir. Nəzərə almaq lazımdır ki, Fransa zaman-zaman hətta özünün müdafiə etdiyi beynəlxalq hüquqa da qarşı çıxır. Bu isə rəsmi Parisə heç bir halda başucalığı gətirməz.

Beləliklə, Fransada vəziyyət kifayət qədər ağırdır. Rəsmi Paris elə buna görə də digər dövlətlərin, o cümlədən Azərbaycanın uğurlarını qəbul edə bilmir. Fransanın bir çox hallarda Azərbaycanın daxili işlərinə qarışması da bu kontekstdən qiymətləndirilməlidir.

E.Makron baş verənlərdən dərs çıxarmalıdır. Əks halda, o, yaxın gələcəkdə yeni antirekorda imza ata bilər. Bu isə Fransa prezidentinin siyasi hakimiyyətinin sonunu daha da yaxınlaşdıracaq.

Paylaş

Xəbər lenti

Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48 Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir Dünən, 17:48 Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib Dünən, 17:48 Konstitusiyada bitərəflik: Ermənistanın təhlükəsizliyinə kim zəmanət verəcək? Dünən, 17:48 Ağcabədidə qəbiristanlıqdan 10 min manatlıq oğurluq edilib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR