
İspaniyanın "Barselona" klubu futbolçusu Fermin Lopeslə müqavilə müddətini uzadıb.
"AVESTA.AZ" kataloniyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb.
Qeyd edək ki, F. Lopes kataloniyalıların heyətində 48 oyunda meydana çıxıb və 11 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.