2-11-2024, 10:56 325

“Böyük dövlətlərin böyük tullantıları” – Fövqəl dövlətlər niyə narahatdırlar? – ANALİZ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti illik iclasının (COP29) Bakıda keçirilməsinə xarici mətbuat tənqidi münasibət bəsləyir. Buna səbəb, bəzi qüvvələrin Azərbaycanın neft ölkəsi olması səbəbindən yeni enerji keçidinə hər hansı töhfə verməsinə skeptik yanaşmasıdır. Maraqlı məqam isə budur ki, həmin qüvvələr özləri neft-qaz istehsalında liderliyini saxlayan və bu fəaliyyəti getdikcə inkişaf etdirən ölkələrdir. Həmin ölkələrin qlobal yaşıl gündəliyi reallaşdıra bilməsi və alternativ enerji mənbələrinə yönəlməsi üçün yetərli maliyyə və resurs bazasına sahib olmasına baxmayaraq COP28 Konfransında üzərinə götürdükləri öhdəliklərindən boyun qaçırdıqları da sirr deyil.

Məsələn, 20 aprel 2010-cu ildə ABŞ-nin Meksika körfəzi sahillərində "Deepwater Horizon" neft sızması sənaye fəlakəti hesab olunur. Qəza nəticəsində minlərlə canlı tələf oldu (quş, məməli, dəniz tısbağası), ətraf mühitə dağılmış neft okeana, o cümlədən bitki örtüyünə böyük zərər verdi. Hadisədən sonra Cənubi Afrikada keçirilmiş COP17 konfransı zamanı neft-qaz hasilatında ətraf mühitə, okeana, o cümlədən bitki və heyvan aləminə dəymiş ziyanla bağlı da müzakirələr aparılıb. Digər ölkələrin bundan nə dərəcədə nümunə götürüb həll üçün çıxış yolu düşündüyünü aşağıdakı cədvəldən görə bilərik:

Dünyanın ən varlı, iqtisadi cəhətdən yaxşı mövqelərində olan ölkələri Paris İqlim razılaşmalarına əsasən, qalıq yanacaqlardan daha təmiz enerji mənbələrinə keçidi təmin etməlidilər. Lakin bu tip ölkələrin qalıq yanacaqlardan iqtisadi asılılığının az, habelə yaşıl keçidi reallaşdırmaq üçün hər tərəfli imkanlara (maliyyə, ixtisaslı insan resursu və texnologiya) sahib olmasına baxmayaraq, hazırda dünya üzrə aparılan qazma proseslərinə liderlik edirlər. Diaqramda da göründüyü kimi bu qrupa aid olan ölkələr tərəfindən 2023-cü ildə qazma prosesləri üçün 825 yeni lisenziya verilib ki, bu da olduqca böyük rəqəmdir.

Belə ki, inkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyillənməsi davamlı hal alıb. Yeni neft-qaz yataqlarında kəşfiyyat fəaliyyətinə lisenziya verilməsinin COP28 sazişindən sonra nəinki davam etməsi, əksinə artması dərindən narahatlıq doğurur.

"Rystad Energy" və "International Institute for Sustainable Development" təşkilatlarının araşdırmalarına əsasən, son on ildə ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliya da daxil olmaqla inkişaf etmiş və qalıq yanacaqdan az asılı olan ölkələr tərəfindən ətraf mühitə buraxılan istixana qaz emissiyalarının (greenhouse gas emissions) həcmi analoji dövr ərzində (2014-2023-cü illərdə) digər neft-qaz istehsalçısı ölkələrin toplam həcmindən beş dəfə çoxdur.

Hazırda Avropa ölkələrini qalıq yanacaqla təmin edən əsas ölkə olan Norveçdə də vəziyyət fərqli deyil. Bu ölkə son illərdə Avropaya həm boru kəmərləri həm də mayeləşdirilmiş təbii qaz (LNG) formasında enerji ixracını kəskin artıraraq bir nömrəli təminatçıya çevrilib. Almaniyanın təbii qaza olan tələbatının 40%-dən çoxu hazırda üç sualtı boru kəməri vasitəsilə Norveç tərəfindən təmin edilir. Norveç Paris İqlim Sazişini imzalayıb və 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağı öhdəsinə götürsə də, qaz ixracını getdikcə artırır. “Enerji keçidi”ni elan edən dövlətlər ciddi maliyyə dəstəyinə ehtiyac duyduğu halda Norveç qaz monopoliyasını inkişaf etdirir. Qeyd edək ki, 2023-сü ildə Almaniyanın dövlət enerji şirkəti “Sefe” ilə Norveçin “Equinor” şirkəti qaz təchizatı üçün uzunmüddətli müqavilə imzalayıb. Bu, "Equinor"un indiyə qədər bağladığı ən böyük qaz müqavilələrindən biridir.

Norveçin Avropaya ünvanlanan təbii qaz boru kəmərləri

Nəticədə ənənəvi enerjidən asılılığı az olan və yaşıl keçid üçün maliyyə, ixtisaslı insan resursu və texnologiyaya sahib zəngin qərb ölkələri qalıq yanacaqdan asılı halda olan orta və aşağı iqtisadi səviyyəyə malik ölkələrə nisbətdə daha çox neft və qaz sektorunda fəallıq nümayiş etdirirlər.

Keçmiş ABŞ prezidenti Donald Trampdan fərqli olaraq yaşıl gündəliyə və iqlim dəyişikliyi məsələlərinə diqqətlə yanaşacağını əvvəldən bəyan etmiş Bayden administrasiyası hazırda “yeni rekorda” imza atıb. Belə ki, ABŞ hazırda dünyanın ən böyük neft və qaz istehsalçısı kimi mövqeyini möhkəmləndirib. ABŞ prezidenti Jo Baydenin iqlim məsələləri üzrə baş müşaviri Con Podesta bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verərkən ABŞ-dəki vəziyyəti Ukraynada davam edən müharibə ilə əlaqələndirib. O, bildirib ki, ABŞ-ın ənənəvi enerji sahəsində dayanmadan artan istehsalı yaxşı bir nəticədir, çünki Ukraynanın işğalından sonra Avropanın Rusiya enerji məhsullarından fərqli mənbələrə etibar etməsi zərurətindən sonra ABŞ bu addımı atıb.

Bayden administrasiyası dövründə ABŞ hökuməti tərəfindən neft və qaz sahələrində əməliyyat və kəşfiyyat məqsədli 1 453 yeni neft və qaz lisenziyası verilib ki, bu da qlobal miqyasda verilən ümumi lisenziyanın yarısını, həmçinin sözügedən varlı dövlətlərin verdiyi bütün lisenziyaların isə 83%-ni təşkil edir. Bu nəticə Ağ Evə dönəcəyi təqdirdə qalıq yanacaqla bağlı layihələrə dəstək verəcəyini açıq şəkildə bildirən Donald Trampın dövründəki göstəricidən 20% çoxdur.

Statistik nəticələr ABŞ tərəfindən Rusiya-Ukrayna müharibəsinin bəhanə olaraq istifadə edildiyini göstərir.
Beləliklə, inkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Birləşmiş Krallıq, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyllənməsi davam edir.

Bu ölkələr ilk olaraq riyakarlıqlarına son qoymalı eləcə də mədən yanacağına sərmaye qoyulmasını və lisenziyaların verilməsini təcili dayandırmalıdırlar. Daha sonra Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq iqlim dəyişikliyinə nə dərəcədə töhfə verəcəyini müzakirə obyekti edə bilərlər. Əks halda informasiya məkanında COP29-la əlaqəli yayılan neqativ dalğalar, konfrans çərçivəsində Azərbaycanın öz öhdəliklərini yerinə yetirib, iqlim sazişinə sadiq qalmayan digər ölkələrə nümunə olana qədər hökm sürəcək.

Paylaş

Xəbər lenti

Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Dünən, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Dünən, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Dünən, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Dünən, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Dünən, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Dünən, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Dünən, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Dünən, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Dünən, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Dünən, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Dünən, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Dünən, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Dünən, 16:48 Anar Əsədli barəsində qərar verilib Dünən, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Dünən, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR