5-11-2024, 09:13 439

İlham Əliyev Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

Paylaş

Xəbər lenti

Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər Bu gün, 01:48 "Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub Bu gün, 01:48 UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"lə oyunda fasiləyə məğlub yollanıb - CANLI YAYIM Bu gün, 00:48 Brent neftinin qiyməti 108 dolları ötüb Bu gün, 00:48 BÖlüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər Bu gün, 00:48 Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu uğrunda RƏQABƏT: Yeni namizəd irəli sürüldü Dünən, 23:48 İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb Dünən, 23:48 Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Mançester Yunayted" "Sabah"la oyunda hesabı açıb - CANLI YAYIM Dünən, 23:48 İran: BAEA-nın qətnaməsi ölkələri nüvə sazişindən çıxmağa sövq edə bilər Dünən, 23:48 Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar Dünən, 23:48 Bakı dayanacaqları ilə bağlı ŞOK RƏQƏM: Yarısı standartlara cavab vermir? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Mançester Yunayted" və "Sabah" komandalarının start heyətləri açıqlanıb Dünən, 22:48 Azərbaycanda ata oğlunun toyunda həbs olundu Dünən, 22:48 İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib Dünən, 22:48 İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib Dünən, 22:48 Yəmən beynəlxalq qüvvələrin husilərlə mübarizəyə cəlb edilməsini mümkün hesab edir Dünən, 22:48 CENTCOM İranın blokadası çərçivəsində 96 gəmini başqa istiqamətə yönləndirib Dünən, 22:48 Şəmkirdə istixanada yanğın baş verib Dünən, 21:48 Badamdarda dörd aydır bağlı qalan yol: Nə təmir var, nə də bərpa Dünən, 21:48 AFFA prezidenti Rövşən Nəcəf "Sabah"a Çempionlar Liqasında uğurlar arzulayıb Dünən, 21:48 Paytaxtda sürücülərin nəzərinə: Yol təmirə bağlandı, alternativ marşrutda sıxlıq yarandı Dünən, 21:48 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib Dünən, 21:48 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ Dünən, 20:48 20 yaşlı Arzunun dəhşətli qətli: Prokurorluq azərbaycanlı üçün ömürlük həbs istəyir Dünən, 20:48 "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında "Mançester Yunayted"ə böyük hesabla uduzub Dünən, 20:48 Türkiyəli nazir: Azərbaycanın COP29-a hazırlıqda əldə etdiyi təcrübə Türkiyə üçün çox qiymətlidir Dünən, 20:48 Bakıda insanları narahat edən gizli TƏHLÜKƏ - Yuxusuzluq, ürək xəstəliyi, əsəb... Dünən, 20:48 ABŞ səfirinin səfəri Cənubi Qafqazda nəyi dəyişə bilər? Dünən, 20:48 TDT ölkələri arasında cinayətkarlıqla mübarizə üzrə məlumat mübadiləsi genişləndirilir Dünən, 19:48 Fiziki məhdudiyyətli körpəsindən imtina edən ana ilə bağlı şübhəli məqamlar Dünən, 19:48 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır Dünən, 19:48 Yuri Qusev: "Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir" Dünən, 19:48 Bəh-bəhlə yediyimiz dönər, əslində, necə hazırlanmalıdır? "İstəmirəm, almıram!" Dünən, 18:48 Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı AÇIQLANIB Dünən, 18:48 Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI Dünən, 18:48 Bakıda köhnə avtobusların sayı nə qədərdir? - RƏSMİ CAVAB Dünən, 18:48 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu Dünən, 18:48 Mərkəzi Bank niyə əlavə dollar alır? Dünən, 17:48 İmişlidə 31 yaşlı şəxslə azyaşlı qızın toy mərasiminin qarşısı alındı Dünən, 17:48 Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 17:48 Gömrük ekspertizası ilə bağlı yeni tələb – almazlara dair rəy lazım olacaq Dünən, 17:48 Məşhur aktrisa iki illik ağrılardan sonra əməliyyat olundu Dünən, 17:48 Öz hesablarına kanalizasiya xətti çəkdirdilər: Sakinləri təngə gətirən məsələ Dünən, 17:48 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldülər Dünən, 17:48 SOCAR-ın prezidenti CC7-nin İdarə Heyətinin sədri ilə görüşüb Dünən, 16:48 Yollarda ağır qəzalar artır: DYP-dən sürücülərə XƏBƏRARLIQ Dünən, 16:48 Xidmət rəisi: Ermənilərin Xudavəng monastırındakı qanunsuz bərpa işləri tarixi saxtalaşdırmağa yönəlib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR