
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
“<…> Ərdoğan Amerika Birləşmiş Ştatlarının seçilmiş prezidenti Donald Tramp ilə telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.
Bildirilib ki, telefon danışığında “Ərdoğan Trampı seçkidəki qələbəsi münasibətilə təbrik edib”.
“Danışıqda Prezident Ərdoğan yeni dövrdə Türkiyə ilə ABŞ arasında əməkdaşlığın inkişaf etdirilməsi diləklərini ifadə edib”, – İdarənin yaydığı məlumatda vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.