8-11-2024, 12:41 515

Türkmənistanda 8 Noyabr - Zəfər Günü qeyd edilib

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.

Bu barədə "Report"a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir ölkəmizin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, qəhrəman Azərbaycan Ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsi ilə beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü və suveren hüququnu bərpa etdiyini, hazırda Azərbaycanın bütün suveren ərazisində dövlət bayrağımızın dalğalandığını vurğulayıb.

Diplomat işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, ərazilərə həyata keçirilən böyük qayıdış, habelə bugündə təhdid olaraq davam edən mina təhlükəsinə toxunub. Hazırda Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərdiyini, Azərbaycanın Ermənistana hər iki ölkənin ərazi bütövlüyünü və sərhədlərini tanıyan sülh sazişi təklif etdiyini, hazırda sazişin əsas maddələrinin razılaşdırıldığını diqqətə çatdırıb. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının, həmçinin sərhədlərin delimitasıya prosesinin davam etdirildiyini bildirib. Regionda münaqişənin başa çatması ilə ilk növbədə nəqliyyat-kommunikasiya sektorunda yeni əməkdaşlıq imkanlarının yarandığını və bu imkanların təkcə Cənubi Qafqaz üçün deyil, həm də bütün regionun maraqlarına xidmət edəcəyini deyib.

Azərbaycanla Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir, iki ölkənin enerji sahəsində mühüm layihələr həyata keçirdiyini, hər iki ölkədə iqlim dəyişikliyi və alternativ enerji ilə bağlı önəmli işlər görüldüyünü, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və bu çərçivədə 12-13 noyabr 2024-cü ildə baş tutacaq Liderlər Sammitinin Azərbaycanda keçirilməsinin ölkəmizin dünya birliyi tərəfindən etibarlı tərəfdaş dövlət kimi tanınmasının əyani sübutu olduğunu vurğulayıb.

Daha sonra Türkiyə, Qazaxıstan, Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də Özbəkistanın müvəqqəti işlər vəkili çıxış edərək, Zəfər Günü ilə bağlı təbriklərini çatdırıblar.

Paylaş

Xəbər lenti

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR