
İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb.
“Report” xəbər verir ki, bu barədə TASS ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Livandan 5 raket atılıb və bu səbəbdən Yuxarı Qalileyin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı ilə bağlı sirenalar səsləndirilib.
“Raketlərin bəziləri məhv edilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, - ordunun açıqlamasında bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.