
Avropa Ağırlıqqaldırma Federasiyası tərəfindən Azərbaycan Ağırlıqqaldırma Federasiyasına (AAF) xüsusi təbrik və təşəkkür məktubu ünvanlanıb.
Bu barədə "AVESTA.AZ"a AAF-nin mətbuat xidmətindən məlumat verilib.
Federasiya prezidenti Antonio Konflitti və baş katib Milan Mixayloviçin imzası ilə göndərilən məktubda Azərbaycan yığmasının Polşada keçirilmiş qitə birinciliyindəki çıxışı yüksək qiymətləndirilib.
Eyni zamanda, iki hakimimiz - Asif Məlikov və Səbinə Rzayevanın uğuru fərqləndirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.