29-09-2022, 15:47 460

Beynəlxalq hüququ pozan Ermənistan - Qərbi və NATO-nu qaralayan İrəvan - RƏY

Beynəlxalq hüququ qorumağa bütün dövlətlər borcludur. Bununla bağlı hər bir dövlət üzərinə öhdəlik götürüb. Onun prinsiplərinin pozulması cinayət sayılır. Beynəlxalq məhkəmə bu tip məsələlərə də baxır.

Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işağ altında saxladı. Bir milyon sakin qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğal olunan ərazidəki mülki, sosial, mədəni, inzibati binalar dağıdıldı və bütün infrastruktur məhv edildi. Eləcə də elektrik xəttləri kəsildi. Ermənistan və himayədarları işğal olunmuş Azərbaycan torpaqlarında talançılıq etdilər. Neçə-neçə tarixi mədəni abidələri dağıdıblar. Azərbaycanın həmin ərazilərinə xaricdən və Ermənistandan qanunsuz köçlər edildi, eyni zamanda regiona minalar basdırıldı.

Ermənistandakı hakimiyyətlə birlikdə xarici şirkətlər Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərərək ölkəmizin sərvətlərini talan etdilər. İşğalçılar genişmiqyaslı arxeoloji qazıntı işləri aparıb, kurqanları dağıdıb, qarət etdikləri tapıntıları isə Ermənistana daşıyıblar. İşğaldan əvvəl Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri mövcud olub.

Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi, 103 200 ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitafon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksion işğal olunmuş ərazilərdə qalmışdı. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb.

İşğal nəticəsində ermənilər Şuşada 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evini dağıdıb və viran ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, Azərbaycan peşəkar musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycan vokal sənətinin əsasını qoymuş böyük müğənni BüIbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin, Ağdam tarix-diyarşünaslıq muzeyinin (2 mindən çox əşya), Qubadlı tarix-diyarşünaslıq muzeyinin (3 mindən çox əşya), Zəngilan tarix-diyarşünaslıq muzeyinin (6 minədək əşya) fondları qarət edilib.

Son zamanlar bəzi təhlilçilər, dövlət rəsmiləri Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mətləblərdə beynəlxalq hüquq, qanunlar, ədalət prinsipləri və BMT nizamnaməsindən ağız dolusu danışırlar. Yuxarıda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, həmin ərazilərdə törətdiyi cinayətləri xatırlatmaqla o zamanlar da beynəlxalq hüququn, BMT-nin, ədalət prinsiplərinin olduğunu yada salmaq istədik.

Ermənistan Azərbaycana qarşı cinayət törədib. Beynəlxaq hüququ, norma və prpinsipləri pozduğuna görə başqaları üçün görk olması ilə əlaqədar beynəlxalq məhkəməyə cəlb olunması vacibdir.

2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi və zəmanəti ilə Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəs haqqında üçtərəfli bəyanat imzaladı. Həmin sənədə əsasən, Ermənistan öz hərbçilərini Azərbaycan torpaqlarından çıxarmalıdır. Çünki bir dövlətin ordusunun başqa bir ölkənin ərazisində qanunsuz yerləşdirilməsi işğalçılıqdır. Bu, beynəlxalq hüquqa əsasən cinayətdir. Son vaxtlar Ermənistan Azərbaycanla sərhədyanı bölgələrdə təxribatlar törədir. Sentyabrın 12-13-dəki sərhəd təxribatları Ermənistanın son zamanlar etdiyi cinayətlərin pik nöqtəsidir. Bu, rəsmi İrəvanın sülh, əməkdaşlıq tərəfdarı olmasını ancaq sözdə olduğuna dair örnəkdir.

Bəzi ölkələrdə guya Ermənistanın "ərazi bütövlüyünün pozulması"ndan bəlağətlə danışırlar. Belələri ərazi bütövlüyünün pozulduğunu iddia edərək, bunun yolverilməz olduğunu deyirlər. Əvvəllər də deyildiyi kimi, Azərbaycanla Ermənistan arasında konkret sərhəddə müəyyənləşməyib. Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında sərhədlərin 1991-ci il xəritəsinə uyğun müəyyənləşməsini istədiklərini deməklə bunu etiraf edib. Sərhəd müəyyən deyilsə, o zaman ərazi bütövlüyünün pozulmasından danışmaqda, bu istiqamətdə İrəvanı müdafiə etmək cəfəngiyyatdır. Ancaq 2020-ci il sentyabrın 27-dək Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. İşğal faktı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, beynəlxaq vasitəçilərin çıxşlarında belə vurğulanırdı.

Nikol Paşinyan
Nikol Paşinyan

Bu baxımdan müxtəlif ölkələrdə Ermənistana dəstək verib “ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi” barədə boş-boş danışan dövlət rəsmilərinin, siyasətçilərin, parlamentarilərin bütün versiya və arqumentləri bu reallıq qarşısında puç oldu. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı törətdiyi cinayətlərə görə mühakimə olunması vacib məsələlərdəndir. Odur ki, Ermənistan və havadarları cəzasız qaldıqları üçün regionda vəziyyəti yenidən gərginləşdirməyə, təhlükəsizliyi və sabitliyi təhdid etməyə, müxtəlif pozuculuq fəaliyyəti ilə məşğul olmağa səy göstərirlər. Rəsmi İrəvan, Ermənistanda müxalifət sayılan siyasi qüvvələr, onların xarici havadarları cinayəti ört-basdır etmək, diqqəti yanlış və səhv istiqamətə yönəltməklə hay-küy salırlar.

Rəsmi İrəvan bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, Rusiyanı öz avantüralarına qoşmağa çalışdı - amma alınmadı. İndi Ermənistan reallıqla barışıb, yeni şəraitə uyğun fəaliyyət göstərməkdənsə, regiona beynəlxalq müşahidəçiləri cəlb etməklə yenə cəfəng iddialar irəli sürür. Bununla da NATO-nu, qərb dövlətlərini spekulyativ düşüncəyə, cinayətlərinə, pozuculuq və revanşist əməllərinə ortaq etməyi hədəfləyir...

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR