
Bu gün bir qrup şəxs İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.
"AVESTA.AZ" xəbər verir ki, aksiya iştirakçıları İranda baş verən hadisələrlə bağlı etirazlarını bildiriliblər.
İştirakçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət" kimi şüarlar səsləndiriblər.
Səfirliyin qarşısında aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanat səfirliyə təqdim edilib.
Aksiya insidentsiz başa çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.