27-11-2024, 15:11 388

Azərbaycan Karib ölkələrinə iqlim risklərinin idarə olunması sahəsində dəstəyini genişləndirəcək - EKSKLÜZİV

Azərbaycan Sakit Okean və Karib ölkələrinə kosmik məlumatlar ötürərək iqlim risklərinin idarə olunmasına dəstəyin növbəti mərhələlərində onların öz proqramlarının qurulmasını təmin edəcək.

Bu barədə “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın kosmik sahədə artan rolu və qlobal əməkdaşlıqları, iqlim dəyişiklikləri ilə mübarizəyə verdiyi dəstək sayəsində daha da güclənir: "Bu çərçivədə “Azərkosmos” tərəfindən həyata keçirilən mühüm layihələrdən biri, Sakit Okean və Karib hövzəsində yerləşən kiçik ada dövlətlərinə kosmik məlumatların ötürülməsi ilə bağlıdır".

D. Bədirxanov bildirib ki, BMT-yə üzv dövlətlərlə əldə edilən yeni razılaşma əsasında “Azərkosmos” bu regiondakı ölkələrə iqlim risklərinin idarə olunmasında dəstək göstərməyə başlayıb: "Layihə çərçivəsində həmin ölkələrə quraqlığın qiymətləndirilməsi, atmosferdə karbon qazının səviyyəsinə nəzarət, su ehtiyatlarının idarə olunması və meşə örtüyünün qırılmasının monitorinqi sahələrində kosmik məlumatlar və texniki biliklər təqdim edilir".

O qeyd edib ki, layihənin ilkin mərhələsində artıq konkret addımlar atılıb: “Azərkosmos” öz təcrübəsini bölüşərək, kiçik ada dövlətlərinin iqlim risklərinə qarşı dayanıqlığını artırmaq və onların müstəqil fəaliyyət göstərməsinə şərait yaratmaq məqsədini güdür. Layihənin növbəti mərhələlərində Azərbaycanın təqdim etdiyi bilik və texnologiyalar tam şəkildə bu ölkələrə ötürüləcək və onların öz proqramlarını qurması təmin ediləcək".

D. Bədirxanov vurğulayıb ki, bu təşəbbüs təkcə beynəlxalq əməkdaşlıq nümunəsi deyil, həm də Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə qlobal liderliyini nümayiş etdirmək baxımından mühüm platformadır.

Bildirilir ki, Agentlik əldə etdiyi məlumatlarla Konqo, Tuvalu, Dominikan Respublikası, Baham Adaları, Papua-Yeni Qvineya kimi kiçik ada dövlətlərində iqlim dəyişiklikləri ilə mübarizə aparan qurumlara çoxsaylı dəstəklər göstərir. Bura meşə ərazilərinin, əkin torpaqlarının, sahil xətlərinin monitorinqi, baş verə biləcək sunami kimi nadir baş verən təbiət hadisələrindən qorunmaq üçün ən düzgün çıxış yollarının araşdırılması, həmçinin quraqlıq, sel və daşqınlara bağlı problemlərə hazırlıq üçün qabaqlayıcı addımların atılması daxildir. Paralel olaraq həmin ölkələrdə kosmik məlumatın işlənməsi üzrə bilik və təcrübə həddindən artıq az olduğu üçün onlara müxtəlif təlim və treninqlər həyata keçirilir.

Paylaş

Xəbər lenti

Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib Bu gün, 12:48 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb Bu gün, 12:48 Yeni Lexus ES. zəriflik və innovasiyanın yeni nəsli Bu gün, 12:48 Mətbuat Şurası jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib Bu gün, 12:48 Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir? Bu gün, 12:48 Sabah rayonlarda yağış yağacaq Bu gün, 12:48 209 nömrəli avtobus yolda tüstü buraxaraq hərəkət edib Bu gün, 12:48 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi Bu gün, 11:48 Bakı-Abşeron qatarları nə vaxt metro tezliyində işləyəcək? - RƏSMİ CAVAB Bu gün, 11:48 Ülvi Mehdiyev: Hazırda 52 ölkə ASAN Xidmət təcrübəsini öyrənir Bu gün, 11:48 Ordubada qar yağıb - Faktiki hava Bu gün, 11:48 Azərbaycan və BƏƏ hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb Bu gün, 11:48 ŞOK HADİSƏ: Ərinin cəsədinin üzərinə soğan əkib yedilər Bu gün, 11:48 Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib Bu gün, 11:48 Bunu edən avtobus sürücüləri işdən qovula bilər - RƏSMİ Bu gün, 11:48 Xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasından 94 il ötür Bu gün, 10:48 Mikayıl Cabbarovun İtaliyaya səfəri başlayır Bu gün, 10:48 Masazırda avtomobil piyadanı vuraraq öldürüb Bu gün, 10:48 Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb Bu gün, 10:48 Səfir: "Avropa investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsi üzərində işləyirik" Bu gün, 10:48 Moskvada qızılcaya görə karantin: Universitet tələbələri distant təhsilə keçirildi Bu gün, 10:48 "Sabah"ın futbolçusu: "Bu günü heç vaxt unutmayacağam" Bu gün, 09:48 Xəzərin Qazaxıstan sahilində yüzlərlə balıq tələf oldu Bu gün, 09:48 Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb Bu gün, 09:48 UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq Bu gün, 09:48 Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var Bu gün, 09:48 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat Bu gün, 09:48 Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var Bu gün, 09:48 Azərbaycan və NATO ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib Bu gün, 09:48 Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? Bu gün, 08:48 UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib Bu gün, 08:48 Bu gün Bakıda bəzi ərazilərdə işıq olmayacaq Bu gün, 08:48 ABŞ-dən Moskvaya yeni təklif: Putinlə görüşdə nələr müzakirə olunacaq? Bu gün, 08:48 57 yaşlı Cennifer Lopez 46 yaşlı Brettlə sevgilidir Bu gün, 00:48 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür Bu gün, 00:48 Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR