
Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinə I müavin və dörd müavin təyin edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
"AVESTA.AZ" xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, indiyə qədər sədr müavini olan Əliyar Qəhrəman oğlu Məmmədyarov sədrin I müavini təyin edilib.
Bundan başqa, Milli Məclisin noyabrın 7-də AMB-nin İdarə Heyətinin üzvləri kimi təsdiqlədiyi Vüsal Cahangir oğlu Xəlilov, Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyev və Gülər Azər qızı Paşayevanın AMB sədrinin müavinləri təyin olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.