
Azərbaycanla türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi regionun inkişafına töhfə verir.
“AVESTA.AZ” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan parlamentində hazırlanıb qəbul edilən bir neçə qanun Türk Dövlətləri Parlament Assambleyasında model qanun kimi qəbul edilib:
“Azərbaycanla Türkiyə, o cümlədən türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsi təkcə ölkələrimizə deyil, regionun inkişafına da töhfə verir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.