30-12-2024, 21:19 538

Əfsanəvi pilot ekipajın qəhrəmanlığı barədə: İdarəetmədən çıxan təyyarə ilə mübarizə aparırdı - MÜSAHİBƏ

Azərbaycan aviasiyasının əfsanəvi pilotu, 50 il ərzində 28 500 saat uçuş yerinə yetirmiş, “Şöhrət” ordenli Əzimbala Əzimov dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin vurulması ilə bağlı hadisəni müzakirə etmək üçün "Report"un qonağı olub, bir çox məqama aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

- AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı bir çox məqam aydındır. Bəs siz bu barədə nə düşünürsünüz?

- Əvvəla, komandir İqor Kşnyakinə böyük minnətdarlığımı bildirirəm. Ona görə ki, qəhrəman pilot idarə edilməyən təyyarəni yerə oturtmağa çalışırdı. Təsəvvür edin, bir maşında gedirsiniz, sükanı sola ya sağa döndərmək istəyirsiniz, o isə dönmür. Sonra bələdçi Hökümə xanım Əliyeva 20 nəfərin qarşıya gəlməsini xahiş edir. Hər sərnişin orta hesabla 70-80 kiloqramdır. Yəqin komandir artıq idarəetmənin qeyri-mümkünlüyünü görüb, belə olduqda çəkini tarazlamağa çalışıb.

- Sosial şəbəkələrdə çoxları sanki mütəxəssis kimi yazır ki, pilot təyyarəni dənizə endirsəydi, vəziyyət başa cür olardı. Bu məsələyə aydınlıq gətirməyinizi istəyirəm. Ümumiyyətlə, pilotun dənizə eniş etməsi texniki və ya taktiki baxımdan mümkün idimi?

- Əlbəttə, təyyarənin texniki baxımdan dənizə enməsi mümkündür. Bütün pilotlarla və heyətlə qəza-xilasetmə dərsləri keçirilir. Hər bir sərnişinə görə təyyarədə jiletlər var. Amma burda vəziyyət başqa idi. Əgər o sürətlə suya eniş olsaydı, təyyarə tam dağılardı. İnsanların sağ çıxma ehtimalı belə olmazdı. Radiodanışıqlar əldə olunsaydı, qulaq assaydım, onda nəticə çıxara bilərdim, hələ ki, "qara qutu" araşdırılır. Danışıqlarda bütün təyyarənin parametrləri yazılır. Mühərrikin işi, hidravlikin yəni hər şey o yedikdə yazılır.

- Təyyarə vurulandan sonra pilotun qərar verməsi üçün nə qədər vaxtı ola bilərdi?

- Bəlkə də, pilot bilməyib ki, belə qüsurlar olacaq. Onları yönləndiriblər. Ola bilər düşünüblər ki, Aktauda hava daha yaxşıdır. Bəlkə o niyyətlə göndəriblər. Açığı, Aktauda gözəl hava var idi. Hətta görürsünüz o təkərləri buraxır, açıq təkərlə gəlir. Deməli onlar fikirləşirlər ki, zolağa qədər gəlirlər. Kapitan həmişə düşünür ki, təyyarəni ya 2 ya da 3 nöqtəyə oturda bilər. Pilot da elə edir, birinci qabaq çarxla sağ təkər deyir yerə başlayır təyyarəni fırlatmağa. Orda pilotun məqsədi o olur ki, təyyarəni yerə otuzdursun.

- Fəaliyyətiniz dövründə çətin uçuş şəraiti nə zaman yaranıb? Həmin vəziyyəti necə idarə etmisiniz?

- Mənim fəaliyyətim dövrümdə bir hadisə olub. Adam gərək səhlənkarlığından da danışsın. Biir dəfə Afrikadan uçanda tələsik olmuşdu deyə, stabilizatoru yerinə qoymamışdım. Sürət artanda hiss etdim ki, sükan boşdur. Səbəbini başa düşdüm. Uçuşu saxlamadım. Amma qərara gəldim ki, heç olmasa 15 saniyə 1.2 dərəcə, 1.3 dərəcə qoyacam ki, məni idarə etsin. Şükür, Sudanın paytaxtı Xartuma çatdıq.

- Bəs Bakı-Qroznı qəzasına bərabər olacaq qəza şəraiti ilə üz-üzə qalmısınız?

- Belə bir hadisə olub, “Boeing 707”də uçurduq, yük təyyarəsi idi. Raketində qüsur olmuşdu, belə ki, sol təkəri çıxmamışdı. Özü də gecə vaxtı, özü də, dispetçerə tapşırdım ki, təkərimi yoxla. O da dedi ki, qaranlıqdır təkərin nə vəziyyətdə olduğunu bilmirəm. Əvvəl düşündüm ki, eybi yox sağ təkərini vurum yerə, sonra düşündüm ki, sağ çəksə, qapı qırılıb özü ilə hidravlikanı apara bilər. Qalxdım, başladı problem yaranmağa. Mən onu krendən çıxarmağı bacardım.

İndi isə komissiya yekunlaşıb, qərarını verdikdən sonra biz materialları toplayıb, Milli Aviasiya Akademiyasında onun təhlilinə başlayacağıq. Çünki gənclərlə dərs keçilməli və bu hadisəni izah edib, onlara tədris etməliyik ki, belə hadisə olub. Bu hadisələri mütləq təhlil edəcəyik, indi ancaq reallıq odur ki, pilotlarımız professionaldır, çox peşəkar addım atıblar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Paylaş

Xəbər lenti

Bakıda obyekt səkini zəbt etdi - Qurumdan maraqlı açıqlama: "Uzun illər öncə tikilib" Dünən, 23:48 Pentaqon rəhbəri ABŞ qoşunlarının Yaxın Şərqdəki bazalardan çıxarılmasını istisna etməyib Dünən, 23:48 Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır Dünən, 23:48 Sabah Masazırın bir hissəsində işıq olmayacaq Dünən, 23:48 ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur? Dünən, 22:48 ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır? - Heqset AÇIQLADI Dünən, 22:48 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır Dünən, 22:48 Oman Hörmüz boğazında üzən mina ehtimalı barədə xəbərdarlıq edib Dünən, 21:48 AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb Dünən, 21:48 Ukraynada insanabənzər döyüş robotları peyda olub Dünən, 21:48 Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Dünən, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Dünən, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Dünən, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Dünən, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Dünən, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Dünən, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Dünən, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Dünən, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Dünən, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Dünən, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Dünən, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Dünən, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Dünən, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Dünən, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Dünən, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Dünən, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Dünən, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Dünən, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Dünən, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Dünən, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Dünən, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Dünən, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Dünən, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Dünən, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Dünən, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Dünən, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Dünən, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Dünən, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Dünən, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Dünən, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Dünən, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Dünən, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Dünən, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Dünən, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Dünən, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Dünən, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Dünən, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR