Bu gün, 20:48 38

Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır

Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbulda çıxışında deyib.

Tədbirdə Britaniya tərəfindən yüksək səviyyəli rəsmi qonaq qismində çıxış edən Lord Koaker ölkələrimiz arasında mövcud tərəfdaşlığın artan potensialından danışıb: "Fəxr edirəm ki təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcəkdir. Bu prioritetlər iki ölkə arasında artan yüksək səviyyəli səfərlərdə müzakirə edilir".

Britaniyalı nazir bildirib ki getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlğı heç zaman olmadığı qədər önəmlidir.

O, Azərbaycanın tarix boyu və xüsusən son illər nəzərəçarpan nailiyyətlər əldə etməsinə toxunub, Britaniyanın Azərbaycan Prezidenti İlham Əliyevin regionda dayanıqlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi davamlı səyləri alqışladığını və dəyərləndirdiyini bildirib.

Britaniyalı nazir ötən ilin dekabrında Azərbaycana səfərini də xoş hisslərlə yada salıb, Azərbaycanın onda dərin təəssürat oyatdığını qeyd edib. Britaniya rəsmisi xüsusən Bakı şəhərində qədimilik və yenilik, eləcə də Şərq və Qərbin vəhdətinə, Azərbaycan xalqının mehribanlığına və qonaqpərvərliyinə heyran qaldığını deyərək məhz Azərbaycana səfər etməklə ölkəni daha yaxından tanımaq imkanının olduğuna diqqət çəkib.

Lord Koaker Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyev və Azərbaycanlı rəsmilərlə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.

Qeyd edək ki, Lord Koaker dövlət naziri olmaqla yanaşı, həm də Britaniya parlamentinin Lordlar Palatasının üzvüdür. Britaniyanın Londonda Müstəqillik gününə həsr olunmuş təbdirdə dövlət naziri səviyyəsində təmsil olunması iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafını vurğulayıb.

Paylaş

Xəbər lenti

Britaniyalı nazir: Azərbaycan təhlükəsizlik və diplomatik sahəsində vacib tərəfdaşdır Bu gün, 20:48 İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib Bu gün, 20:48 İtaliya təlim missiyası çərçivəsində Rumıniyaya 100 əsgər və qırıcı təyyarələr göndərəcək Bu gün, 20:48 "Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir Bu gün, 19:48 Azərbaycana Afrikadan turist axını 10 %-ə yaxın artıb Bu gün, 19:48 Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb Bu gün, 19:48 Azərbaycan banklarına depozit qoyuluşu azalıb Bu gün, 18:48 Ukrayna Rusiyanın 16 vətəndaşına və 31 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib Bu gün, 18:48 "Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb Bu gün, 18:48 DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Bu gün, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Bu gün, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Bu gün, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Bu gün, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Bu gün, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Bu gün, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Bu gün, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Bu gün, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Bu gün, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Bu gün, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Bu gün, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Bu gün, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48 UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək Bu gün, 09:48 Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR