30-05-2026, 22:48 246

ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur?

Səudiyyə Ərəbistanının İranın da daxil olacağı yeni Körfəz təhlükəsizlik paktı təşəbbüsü regionda gərginliyin azaldılması üçün mühüm addım kimi qiymətləndirilirdi.

Təklif olunan saziş tərəflərin bir-birinə qarşı güc tətbiq etməməsini, daxili işlərə müdaxilə etməməsini və hər hansı regional dövlətə qarşı üçüncü tərəflərlə əməkdaşlıq etməməsini nəzərdə tuturdu.

Lakin diplomatik yaxınlaşma cəhdlərinə baxmayaraq, İran və ABŞ arasında qarşıdurma yenidən kəskinləşib. Vaşinqton və Tehran arasında artan gərginlik, xüsusilə İranın ərəb ölkələrində yerləşən ABŞ hərbi obyektlərini hədəfə alması fonunda regionun gələcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib.

Mövcud vəziyyət hansı ssenariləri vəd edir və Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olurmu?

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə bildirib ki, ABŞ və İsrail İran üzərində hərbi əməliyyatla istəklərinə nail olmadılar:

ABŞ-İran münaqişəsi yenidən ALOVLANDI: Yaxın Şərq yeni qarşıdurma mərhələsinə daxil olur?

"Nə dini hakimiyyət dəyişdirildi, nə uran zənginləşdirilməsindən imtina edildi, nə İranda zənginləşdirilmiş uran ABŞ-yə təhvil verildi. Bununla yanaşı Hörmüzdə İranın yeni keçid qaydaları tətbiq olunmağa başladı. Həmçinin ABŞ-nin hərbi bazalarına ev sahibliyi edən Körfəz ölkələri tərəflər arasındakı toqquşmadan ciddi zərər gördülər. BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn İranın əsas hədəfləri arasında yer aldılar. Xüsusilə enerji infrastrukturunun hədəf alınması iqtisadiyyatı böyük ölçüdə enerji ixracına bağlı olan Səudiyyəni ciddi narahat edir. Həmçinin aktiv müharibə Səudiyyənin 2030 vizyonunu təhdid edir. ABŞ-nin mövcud gərginlikdə Körfəz ölkələrini hava hücumlarından müdafiə etməkdə yetərsiz olması onları alternativ çıxış yolları aramağa vadar edir. Bu mənada Səudiyyə Ərəbistanının İranla regional təhlükəsizlik və qarşılıqlı hücum etməmək paktı təklifi ilk növbədə mümkün yeni hərbi qarşıdurma halında Körfəzin, onun infrastrukturunun qorunması və yatırımların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Lakin bu, həm də müharibənin qarşısını ala biləcək bir pakt ola bilər. Belə ki, Körfəz ölkələri izin verməzsə, ABŞ buradakı bazalardan İrana hücum üçün istifadə edə bilməz. Lakin bu məsələdə yekdil rəy yoxdur. Yaxud Körfəz ölkələrinin mövqeyi əsas götürülmür.

Maraqlıdır ki, bu pakt təklifi ortada ikən, Tramp aparıcı müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa səslədi. Başqa sözlə, paktın İsraili də əhatə etməsi halında regional təhlükəsizlik təsis oluna bilər. Əks təqdirdə bu, imkansızdır. İran və İsrailin bir-birinə qarşı açıq düşmənçiliyi fonunda isə bu, həqiqətən də imkansızdır. Həm də son zamanlar İranla sərt münasibətdə olan, İsraillə "İbrahim sazişləri" çərçivəsində ortaq fəaliyyəti dərinləşdirən BƏƏ rəsmiləri Səudiyyə Ərəbistanının təklifinə qarşı çıxmasalar da, İranla uzunmüddətli anlaşma üçün təhlükəsizlik zəmanətlərini şərt olaraq irəli sürüblər. Başqa sözlə, İran regiona sülh və sabitlik bəxş edərsə, regional təhlükəsizlik paktı işləyə bilər. Bu isə, hazırki şəraitə uyğun deyil", - şərhçi vurğulayıb.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı İranla dialoqda irəliləyiş əldə edən ölkədir:

"Çinin vasitəçiliyi ilə 2023-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında əldə olunan razılaşmanı xatırlatmaq olar. Odur ki, pakt təklifinin Səudiyyədən gəlməsi anlaşılandır. Amma İsraillə müsəlman ölkələri, o cümlədən İran arasında münasibətlərdə normallaşma olmadan hər hansı pakt mümkün deyil. Səudiyyə bu paktı "Soyuq müharibə" dövrünün "Helsinki Aktı"na bənzər tərəflər arasında qarşılıqlı hücum etməmə razılaşmasına bənzətməyə çalışır. Lakin o dövrdə ABŞ, Avropa və SSRİ arasında birbaşa və açıq müharibə yox idi. İndi isə region qaynar müharibə meydanından yeni çıxıb və yenidən hər an müharibə alovlana bilər. Odur ki, Səudiyyə Ərəbistanı müharibə yenidən alovlanarsa, İranla ikitərəfli razılaşma əsasında təhlükəsizliyini qoruya bilər. Regional təhlükəsizliyin təmin olunması üçün isə İranın siyasi və ideoloji yanaşmaları dəyişməlidir", - Ş.Cəlilzadə deyib.

Paylaş

Xəbər lenti

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:48 Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib Bu gün, 00:48 UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib Dünən, 23:48 FT: Blokadaya görə İranın 20 tankeri Şri-Lanka sahillərində qalıb Dünən, 23:48 Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ Dünən, 23:48 Türkiyənin iki vilayətində zəlzələ olub Dünən, 23:48 Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək Dünən, 23:48 Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir Dünən, 22:48 Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur Dünən, 22:48 Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb Dünən, 22:48 Qobudakı məktəbdə təmir işləri nə vaxt bitəcək? Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda əlavə vaxt olacaq Dünən, 22:48 Avropa çempionatı: Niderland millisi Bakıda üçüncü qələbəsini qazanıb Dünən, 21:48 Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq Dünən, 21:48 53 yaşlı kişi qətlə yetirilib Dünən, 21:48 Ağsuda asfalt örtüyündə dərin çatlar və çökmələr əmələ gəlib Dünən, 21:48 Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib Dünən, 21:48 UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub Dünən, 21:48 "Mançester Yunayted" Karlos Balebanı heyətinə qatdığını açıqlayıb Dünən, 21:48 Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq Dünən, 21:48 Nə müharibələr, nə pandemiyalar zamanı olmuşdu: Bəşəriyyət azalmaq təhlükəsi ilə üz-üzə Dünən, 21:48 Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 20:48 Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək? Dünən, 20:48 Sabah" - "Hapoel" oyununun start heyətləri bəlli oldu Dünən, 20:48 Elxan Mütəllimov DOST Agentliyində departament müdiri təyin edilib Dünən, 20:48 Tramp Hörmüzlə bağlı "sıfır dözüm siyasəti" elan etdi: "Gəmilər məhv ediləcək" Dünən, 20:48 "Doğuş" edən oyuncaqlar görənləri şoka saldı: "Açıq-aşkar cəmiyyəti pozurlar" Dünən, 20:48 Kamil Xasiyev etimadnaməsinin sürətini Maksimilian Henniqə təqdim edib Dünən, 19:48 Niderlandlı futbolçu Ernest Poku "Beşiktaş"a keçir Dünən, 19:48 Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib Dünən, 19:48 Dələduzluqda təqsirləndirilən şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib Dünən, 19:48 Fuad Hüseynəliyev: Süni intellekt gənclərə tarixi çatdırmaqda mühüm vasitə ola bilər Dünən, 18:48 Paşinyan müxalifəti hərbi müdaxilələr hazırlamaqda ittiham edib Dünən, 18:48 Azərbaycan ağırlıqqaldıranı Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb Dünən, 18:48 Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb Dünən, 18:48 Prezident Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarına dair sərəncamını dəyişib Dünən, 17:48 Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ Dünən, 17:48 Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi hansı sahələr hesabına artırıla bilər? Dünən, 17:48 Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib Dünən, 17:48 Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib Dünən, 17:48 Lerikdə nasaz elektrik xətləri təhlükə saçır: Heyvanları cərəyan vurub Dünən, 17:48 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib Dünən, 17:48 "Qazaxıstan" telekanalı Azərbaycanla birgə media layihələrində maraqlıdır Dünən, 17:48 "McDonald"s Azərbaycan" "Nizami Mall"-da yeni restoran açıb Dünən, 17:48 Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu Dünən, 17:48 Bred Pitt: "Evləndiyim üçün çox peşmanam, gərək... " Dünən, 17:48 Bakıdan Daşkəndə uzanan qardaşlıq yolu: Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ - ŞƏRH Dünən, 16:48 Zelenski İlham Əliyevə təşəkkür edib, Azərbaycanın dəstəyini qeyd edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR