8-01-2025, 00:57 285

Azərbaycan Prezidenti İranın əvvəlki hakimiyyəti ilə münasibətlərin pisləşməsi barədə danışıb - YENİLƏNİB

İranda əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi bizim günahımız ucbatından olmayıb.

"AVESTA.AZ" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik.

Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi", - dövlət başçısı qeyd edib.

Prezident sərhəddə baş verənlərdən sonra Azərbaycana qarşı məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələrin qeydə alındığını bildirib:

"Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir".

Dövlət başçısı Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktına da toxunub:

"Bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu.

Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib".

Paylaş

Xəbər lenti

Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı Bu gün, 10:48 Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq Bu gün, 10:48 2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı Bu gün, 10:48 Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır Bu gün, 10:48 Netanyahu xəstəxanaya yerləşdirildi Bu gün, 10:48 FHN bayram günlərində gücləndirilmiş iş rejiminə keçir Bu gün, 10:48 DMX Bakı - Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib Bu gün, 10:48 İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur Bu gün, 10:48 Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq Bu gün, 10:48 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Bu gün, 10:48 Şirniyyat asılılığından qurtulmağın YOLLARI Bu gün, 10:48 Kürdəmirdə 3 yaşlı uşaq binadan yıxılaraq öldü Bu gün, 10:48 Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir Bu gün, 09:48 İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var Bu gün, 09:48 Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb Bu gün, 09:48 AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır Bu gün, 09:48 Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb Bu gün, 09:48 Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı Bu gün, 09:48 Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48 WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir Dünən, 22:48 Mayda uşaqlar üçün gizli təhlükə - Valideynlərə XƏBƏRDARLIQ Dünən, 22:48 İqor Babuşkin Mehriban Əliyevanı Müstəqillik Günü münasibətilə təbrik edib Dünən, 22:48 İran zənginləşdirilmiş uranı Çinə verə bilər Dünən, 22:48 Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb Dünən, 22:48 Rumıniya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib Dünən, 21:48 Bir zamanlar dəyəri yox idi, indi isə yüz milyonlarla dollar edir: Ən sirli pul kisələrindən biri yenidən aktiv oldu Dünən, 21:48 Gəncə Memorial Kompleksində işıqlandırma niyə işləmir? - Rəsmi AÇIQLAMA Dünən, 21:48 Keniya Prezidenti: Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram Dünən, 21:48 "Milan"dan sensasion qərar - Dörd ayrılıq birdən Dünən, 21:48 Prezident: "Biz nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik" Dünən, 21:48 Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz" Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR