18-02-2023, 22:25 509

Prezident İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib.

"Report" müsahibəni təqdim edir.

Prezident İlham Əliyev: Salaməleyküm.

Jurnalistlər: Salam, cənab Prezident.

Jurnalist: Yəqin ki, görüş keçirildi, necə keçdi?

Prezident İlham Əliyev: Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu. Laçın-Xankəndi yolundakı vəziyyət də, əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.

Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik.

Jurnalist: Cənab Prezident, Bakı vaxtı ilə 19:30-da panel müzakirəsinin keçiriləcəyi gözlənilir. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də məhz bu panel müzakirəsində iştirak edəcək. Tbilisi formatı gündəmə gələ bilərmi?

Prezident İlham Əliyev: Ola bilər. Çünki bu, təbii olar. Biz də bunu alqışlayırıq. Mənim Gürcüstana etdiyim səfər zamanı bu məsələ müzakirə olundu. Ermənistan tərəfi buna bir qədər tərəddüdlə yanaşır. Ancaq hesab edirəm ki, bu, ədalətli olardı. İlkin variantda Ermənistan baş nazirinin iştirakı nəzərdə tutulmurdu. Çünki mənə verilən ilkin təklifdə onun adı yox idi. Yəqin dünən axşam belə qərara gəldi ki, o da iştirak etsin. Hesab edirəm ki, bu, yaxşı haldır. Çünki, nəhayət Cənubi Qafqazda üç ölkə arasında hər hansı bir əməkdaşlıq başlana bilər.

Jurnalist: İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?

Prezident İlham Əliyev: Bizim səfirliyimizə qarşı terror aktından xəbəriniz var. Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik.

18:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibə verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Zərdabda yağıntılar fəsad törətdi: FHN suçəkmə işlərinə cəlb olundu Bu gün, 11:48 WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib Bu gün, 11:48 Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb Bu gün, 11:48 İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib Bu gün, 11:48 DİN Bakı, Sumqayıt və Masallıda 40 kiloqram narkotik dövriyyədən çıxarıb Bu gün, 11:48 "İnter Mayami" Lionel Messinin durumu ilə bağlı açıqlama yayıb Bu gün, 11:48 Metrodan istifadə edənlərə VACİB XƏBƏR Bu gün, 11:48 Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılıb öldü Bu gün, 11:48 "Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb Bu gün, 11:48 Finlandiya Baş naziri dron təhlükəsi ilə bağlı açıqlama verib Bu gün, 11:48 TƏBİB-dən Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA Bu gün, 11:48 Bakının bu rayonunda konsert proqramı olacaq Bu gün, 11:48 Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı Bu gün, 10:48 Gələn ildən buraxılış imtahanlarında xarici dil üzrə mətn yazmaq tələb olunacaq Bu gün, 10:48 2,3 milyon izləyicisi olan fitnes fenomeni evində ölü tapıldı Bu gün, 10:48 Ermənistan vətəndaşlarının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayır Bu gün, 10:48 Netanyahu xəstəxanaya yerləşdirildi Bu gün, 10:48 FHN bayram günlərində gücləndirilmiş iş rejiminə keçir Bu gün, 10:48 DMX Bakı - Tbilisi qatarı ilə səfər edən əcnəbilərə müraciət edib Bu gün, 10:48 İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur Bu gün, 10:48 Azərbaycanda bu gün iş saatları qısaldılıb - 1 saat tez çıxacağıq Bu gün, 10:48 Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq Bu gün, 10:48 Şirniyyat asılılığından qurtulmağın YOLLARI Bu gün, 10:48 Kürdəmirdə 3 yaşlı uşaq binadan yıxılaraq öldü Bu gün, 10:48 Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir Bu gün, 09:48 İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var Bu gün, 09:48 Bayram günlərində rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - DYP-dən VACİB ÇAĞIRIŞ Bu gün, 09:48 Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb Bu gün, 09:48 AMB innovativ maliyyə məhsulları üçün yeni müraciət mərhələsinə başlayır Bu gün, 09:48 Ağsuda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb Bu gün, 09:48 Mourinyo indidən "Real Madrid" üçün transfer edir - Bastoni ilə razılaşdı Bu gün, 09:48 Ağdam şəhərinə daha 417 nəfər köçüb Bu gün, 08:48 ABŞ İranın raket buraxılış məntəqələrinə zərbələr endirib Bu gün, 08:48 Alyona Əliyeva Rüqəyya Babaxanın "Ruhun müxtəlif üzləri" adlı fərdi sərgisindən paylaşım edib Bu gün, 08:48 Bakıda bir sıra yollarda tıxac var Bu gün, 08:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi - VİDEO Bu gün, 08:48 Ödənişli yolda AĞIR QƏZA: Sükan arxasında yuxulayan qadın avtomobili aşırtdı Bu gün, 08:48 Xətai rayonunda fövqəladə vəziyyət: Evlərin altında torpaq çökür Bu gün, 08:48 Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb Bu gün, 00:48 Leylan Nəsirovaya yeni vəzifə verildi Bu gün, 00:48 "Ağıllı şəhər" və "Yaşıl zona" vizyonu WUF13-də bütün dünyaya nümayiş edildi Bu gün, 00:48 Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi Dünən, 23:48 Bakı-Tbilisi qatarının sərnişini: Gürcüstandakı soydaşlarımızı görmək üçün çox əziyyət çəkirdik Dünən, 23:48 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünən, 23:48 İlham Əliyev: "Yeni fabriklər qurulmalıdır və mən investorları buna dəvət edirəm" Dünən, 23:48 Dövlət başçısı: "Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir" Dünən, 22:48 İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq Dünən, 22:48 Qəzalı binaların təşviş içərisində yaşayan sakinləri - "Cənazəm niyə belə evdən çıxsın?!" Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR