6-10-2022, 11:52 1237

Vətən müharibəsi dövründə 86 cinayət işi başlanılıb

"Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror nəticəsində 86 cinayət işi başlanılıb".

“Report” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən 17 rayon və 3 şəhərin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, mülki əhalinin sıx yaşadığı məntəqələr, döyüşlərədə iştirak etməyən mülki şəxslər, habelə Azərbaycanın ciddi infrastruktur obyektlərinin hədəfə alınması nəticəsində 93 nəfər mülki şəxsin qəsdən öldürülməsi, 454 nəfər mülki şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı qeydə alınıb:

"Erməni silahlıları tərəfindən raket hücumları nəticəsində 14 şəhər və rayon, o cümlədən Gəncə, Bərdə Tərtər və digər rayonlar üzrə ümumilikdə 14 724 əmlaka təxminən 47 503 911 manat maddi ziyan dəyib.

Təcavüzkar hücumlar yalnız mülki şəxslərin sıx yaşadığı məntəqələr deyil, eləcə də partladılması böyük dağıntılara səbəb ola bilən mühüm obyektlərə - Bakı-Novorossiysk neft-boru kəməri, Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan, Qərb-İxrac, Cənubi Qafqaz Genişlənmiş boru kəmərləri, Qəbələ Beynəlxalq hava limanına da yönəlib".

"Ermənistanın rəhbər və digər vəzifəli şəxsləri, silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və vətəndaşlarına qarşı törədilmiş cinayət faktlarına dair Baş Prokurorluğun İstintaq idarəsində 86 cinayət işinin ibtidai istintaq aparılır. Həmin cinayət işləri aşağıdakı şəkildə qruplaşdırılıb:

  • Mülki əhalinin qəsdən öldürülməsi və sağlamlığına ziyan vurulması və mülki əhaliyə məxsus əmlakın qəsdən məhv edilməsi və zədələnməsi faktlarına dair 39 cinayət işi;
  • Mina və digər növ partlayıcı qurğuların partlayışları nəticəsində mülki şəxslərin qəsdən öldürülməsi və ya sağlamlıqlarına ziyan vurulması faktlarına dair 25 cinayət işi;
  • İnfrastruktur obyektlərinin ağır artilleriya mərmisi və ballistik raketlərlə hədəfə alınması faktlarına dair 3 cinayət işi;
  • İşğal altında olmuş ərazilərdə tarixi, mədəniyyət abidələrinin məhv edilməsi, qanunsuz ağac kəsmə və ya digər ekoloji cinayət faktlarına dair 3 cinayət işi;
  • Vətən müharibəsi müddətində fosfor mərmilərindən istifadə edilməsi faktlarına dair 1 cinayət işi;
  • Qarabağ bölgəsində ayrı-ayrı muzdlu dəstələrinin silahlı birləşmələrə qanunsuz cəlb edilməsi;
  • Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmələri faktlarına dair 8 cinayət işi;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn qanunsuz açıq çağırış faktlarına dair 4 cinayət işi;
  • İşğal altında olmuş ərazilərə qanunsuz silah daşınması faktlarına dair 1 cinayət işi;
  • Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin edilməsi faktına dair 1 cinayət işi", - o, vurğulayıb.
Paylaş

Xəbər lenti

Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib Bu gün, 15:49 Azərbaycanlı gənc Oksford Universitetinin müəllimi oldu Bu gün, 15:49 QMİ: Həcc ziyarəti üçün ayrılan kvotanın 15 faizi tamamlanıb, qeydiyyat yanvara qədər davam edəcək Bu gün, 15:49 SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib Bu gün, 15:49 Sədərəyə güclü dolu YAĞIB Bu gün, 15:48 Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib Bu gün, 15:48 Biləcəridə sakinlərin kabusu: Qaranlıq küçə və hücum edən sahibsiz itlər Bu gün, 15:48 "Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb Bu gün, 14:48 Xocalı və Ağdərəyə ümumilikdə daha 44 ailə yola salınıb Bu gün, 14:48 Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar Bu gün, 14:48 WhatsApp-a iki yeni funksiya gəlir Bu gün, 14:48 Bakıda su aparatlarını sındıraraq pulları OĞURLADILAR Bu gün, 14:48 Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərini dəyişdirib Bu gün, 14:48 "İri Şəhərlərin Su Təchizatı"na yeni icraçı direktoru təyin edilib Bu gün, 14:48 AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib Bu gün, 13:48 Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu? Bu gün, 13:48 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat Bu gün, 13:48 Payızda immuniteti dəstəkləyən qidalar Bu gün, 13:48 Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək Bu gün, 13:48 Agentlik: Azərbaycanda elektron dövlət satınalmaları hesabına 454 mln. manat qənaət əldə olunub Bu gün, 13:48 Meta şirkəti 25 milyard dollar cərimələnib Bu gün, 13:48 Azərbaycan İtaliya ilə kritik xammal sahəsində əməkdaşlığa dair sənəd imzalayıb Bu gün, 12:48 Azərbaycanda yaşayış binalarında elektrik sobalarına keçid hədəfi müəyyənləşib Bu gün, 12:48 Push30 tətbiqində gündəlik həyatı asanlaşdıran 5 yenilik Bu gün, 12:48 Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq Bu gün, 12:48 Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb Bu gün, 12:48 Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq Bu gün, 12:48 Elçin Yusubov Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib Bu gün, 12:48 Yardımlıya yeni icra başçısı təyin edilib Bu gün, 12:48 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib Bu gün, 12:48 Azərbaycanda startaplar üçün vergi güzəştlərinin müddəti 3 ildən 7 ilə qaldırılıb - FƏRMAN Bu gün, 12:48 Qubanın iki bələdiyyəsi və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilib Bu gün, 12:48 Prezidentin Yardımlıya yeni icra başçısı təyin etdiyi Orxan Məmmədov kimdir? - DOSYE Bu gün, 12:48 Bakıda və rayonlarda yağış yağacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Azərbaycanda sovet dövründən qalma binalar izolyasiya ediləcək - Bu tarixədək... Bu gün, 12:48 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar Bu gün, 11:48 Azərbaycana gələn turistlərin sayı azalıb Bu gün, 11:48 Bakıda qadına hədə-qorxu gələn taksi sürücüsü SAXLANILDI Bu gün, 11:48 FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır Bu gün, 11:48 FHN SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 11:48 Azeri Light neftinin qiyməti 119,7 dollara yüksəldi Bu gün, 11:48 "BakuBus"ın daha bir sürücüsü avtobusu sürməkdən İMTİNA ETDİ Bu gün, 11:48 Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır Bu gün, 11:48 ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarının bir hissəsinin ölkədən çıxmasını tələb edib Bu gün, 11:48 2 yaşlı qız su kanalında boğularaq ölüb Bu gün, 11:48 Bakıda avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" Bu gün, 11:48 Qızını döydüyü üçün kürəkənini öldürən şəxsin cəzası 8 il endirilib Bu gün, 11:48 Kürdəmirdə magistral su borusu partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR