
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə J.Borel tviterdə yazıb.
O bildirib ki, Hüseyn Əmir Abdullahiyan ilə İrandakı durumu, o cümlədən son zamanlar ölkədə keçirilən etiraz aksiyaları barədə müzakirələr aparıb.
Aİ-nin ali nümayəndəsi söyləyib ki, telefon danışığı zamanı nümayişçilərə qarşı zorakılığın dayandırılmasını və saxlanılanların azad edilməsini istəyib: “İranda etiraz hüququnun həyata keçirilməsinə icazə verilməlidir. Biz bütün ssenariləri nəzərdən keçiririk”.
J.Borelin sözlərinə görə, Hüseyn Əmir Abdullahiyan ilə həmçinin qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.