
“Şamaxı” klubu müdafiəçi Zahid Mərdanovla yolları ayırıb.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından Şamaxı komandasının formasını geyinirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.