
Belçika millisinin baş məşqçisi Domeniko Tedesko vəzifəsindən ayrılıb.
"Report" xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
O, 2023-cü ildən tutduğu postu tərk edib.
Qeyd edək ki, 39 yaşlı mütəxəssis daha əvvəl Almaniyanın "Leyptsiq" klubunu çalışdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.