
“Ayın qolu” layihəsi çərçivəsində ötən il dekabrın ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Toral Bayramov mükafatlandırılıb.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Futbolçuya mükafatı Misli Premyer Liqasının XIX turunun “Qarabağ” – “Şamaxı” görüşündən əvvəl qurumun Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.