
"Turan Tovuz" braziliyalı müdafiəçinin transferini açıqlayıb.
"AVESTA.AZ" xəbər verir ki, qərb təmsilçisi 24 yaşlı Kauan Martins De Paulanı sıralarına cəlb edib.
Onunla "6 ay +1 illik" müqavilə bağlanıb.
Kauan Martins De Paula son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinib. O, vətənində "Pirasikaba", "Mariliya" və "Qremio", Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.